Rusiya milli azlıqları müdafiə etməyəcək? – Putin Konvensiyanı LƏĞV EDİR
Prezident Vladimir Putin Dövlət Dumasına Avropa Şurasının Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasında çıxması (denonsasiya) haqqında qanun layihəsi təqdim edib.
Sfera.az xəbər verir ki, sənəd Rusiya parlamentinin aşağı palatasının elektron məlumat bazasında yerləşdirilib.
Rusiya bu konvensiyanı 1995-ci ildə imzalayıb. Sənəd digər məsələlərlə yanaşı, milli azlıqlara qarşı hər hansı ayrı-seçkiliyə, onların iradəsinə zidd olaraq assimilyasiyaya qadağa qoyulmasını, ana dilindən sərbəst istifadə hüququnu və digər tələbləri nəzərdə tutur.
Rusiya 1996-cı il fevralın 28-dən Avropa Şurasının üzvüdür. O, təşkilatı 2022-ci ilin yazında, Ukraynada hərbi əməliyyatlar başlayandan sonra tərk edib. Moskva bir sıra müqavilələri, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyasını denonsasiya etmək qərarına gəlib.
Vasif