“Artıq qarşıdurma səhifəsini çevirmək vaxtı çatıb” - Politoloq

“Artıq qarşıdurma səhifəsini çevirmək vaxtı çatıb” - Politoloq

“İranla münasibətlərimizdə yaşanmış gərginlik həm Azərbaycan xalqının maraqları, həm də İran xalqının gözləntiləri kontekstində anormal bir hal idi. İstisna etmirəm ki, prosesdə üçüncü qüvvələrin də özünəməxsus rolu oldu”.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. Ekspert münasibətlərdəki gərginliyin müxtəlif sferalarda problem yaratdığını qeyd edib:

 

“İran, belə deyək, öz göstəricilərinə və imkanlarına görə iriçəkili dünya oyunçusudur və həmişə də bildirir ki, onun əsas məqsədi qonşuluq siyasətində böyük nailiyyətlər əldə etməkdədir. Belədirsə, bəs, niyə bu niyyət Azərbaycanla bağlı özünü doğrultmadı? Bu öz yerində. Ancaq hər halda mən elə düşünürəm ki, yalnız bizim xalqlarımızı, bizim millətimizi sıx birləşdirən çox vacib motivlər var. Bu dindən, dildən, ənənələrdən keçmişimizdən, tariximizdən irəli gələn irsdir və onu əlbəttə ki, şübhə altına qoymaq olmaz. Bunun üzərində yeni potensialı qurmaq lazımdır. Bu baxımdan mən Azərbaycan prosesə tam hazırdır. Gərək, İran tərəfi də öz hazırlığını tək sözlərlə yox, həm də hərəkətlərlə nümayiş etdirsin. Əminəm ki, artıq qarşıdurma səhifəsini çevirmək vaxtı çoxdan çatıb. Digər tərəfdən, bilirsiniz ki, bu yaxınlarda da müxtəlif səviyyələrdə təmaslar oldu. Xarici işlər nazirlərinin görüşü, telefon danışıqları, sonra İranın hərbi nümayəndə heyətinin Bakıya gəlməsi ona işarə edir ki, yavaş-yavaş buzlar əriyir. Bizim münasibətlərimizdə olan gərginlik ilk növbədə sosial, iqtisadi zəmində, humanitar səviyyədə olan münasibətlərimizin dinamikasını pozur, sonra bizə itkilər gətirir”.

 

Politoloq yaxın zamanlarda ikitərəfli dialoqların qurulacağını və bunun müsbət nəticələr verəcəyini sözlərinə əlavə edib:

 

“Hesab edirəm ki, ən yaxın zamanlarda əvvəllər mövcud olmuş utancverici və cansıxıcı proseslərdən də uzaqlaşacağıq. Ümid edirəm ki, baş verənlər ancaq tarixdə qalacaq və gələcəkdə belə insidentlər təkrarlanmayacaq”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Beynəlxalq axtarışda idi - Almaniyada saxlanıldı

“Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Məmmədov A...

Türkiyə XİN: Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur

Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkən...

ABŞ Azərbaycana daha iki minaaxtaran it göndərdi

ABŞ-dən Azərbaycana daha iki minaaxtaran it gətirilib.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" hesabın...

Vətəndaşlar pullarını necə idarə etməlidirlər? - İqtisadçıdan MƏSLƏHƏT

Bəzi vətəndaşlar aldıqları əməkhaqqının həcmindən asılı olmayaraq, pulla necə davranmalı olduqlarını bilmirlər. Bu da normal olaraq onların ay sonuna doğru bir ...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ - 4

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.  ...

İsrail ordusu Beyruta zərbə endirdi

İsrail hərbçiləri Livanın paytaxtı Beyruta zərbə endirib.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb...