İntiqam Şirəliyevin üçüncü ildönümü məzarı önündə qeyd olundu - FOTO

İntiqam Şirəliyevin üçüncü ildönümü məzarı önündə qeyd olundu - FOTO

29 sentyabr 2023-cü il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Potu kəndində İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn Şirəliyev İntiqam Bəxtiyar oğlunun üçüncü ildönümü mərasimində iştirak etdi.

 

Mərasimdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, YAP Göyçay rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar və kənd sakinləri şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.

 

Şəhidin ildönümü mərasimində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhid İntiqam Şirəliyevin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.

 

Sonda məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

 

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

 

Xatırladaq ki, şəhid Şirəliyev İntiqam Bəxtiyar oğlu 08.10.1997-ci il tarixdə Göyçay rayonunun Potu kəndində anadan olmuşdur. Həqiqi hərbi xidmətini bitirdikdən sonra  07.12.2019-cu il tarixdə N saylı hərbi hissədə MAHHXHQ vəzifəsində xidmətə başlamışdır. 29 sentyabr 2020-ci il tarixdə Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur.

 

Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

 

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev və tədbir iştirakçıları şəhidin ildönümü mərasimindən sonra Potu kənd qəbiristanlığında ümumilikdə Qarabağ müharibəsində şəhid olanların əziz xatirəsini ehtiramla yad edərək məzarları üzərinə gül dəstələri düzüblər.


OXŞAR XƏBƏRLƏR

Yay fəslində istehlakçı hüquqları daha çox pozulur

Yay aylarında məhsul və xidmətlərə olan tələbatın artması fonunda istehlakçı hüquqlarının pozulması hallarında da ciddi artım müşahidə olunur. Ən çox pozuntular...

Xalq artisti Tünzalə Ağayevanı 7000 tamaşaçı izlədi - VİDEO

Xalq artisti Tünzalə Ağayeva növbəti dəfə sevənlərinin qarşısısına çıxıb.   Sfera.az xəbər verir ki, pop ulduz ticarət mərkəzlərinin birində solo k...

Ceyhun Bayramov Gürcüstanda Heydər Əliyev parkını ziyarət etdi

Gürcüstanda səfərdə olan Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndə heyəti Tbilisidə ümummilli lider Heydər Əliyev adına parkı ziyarət ediblər.   ...

I və IV qruplarının nəticələri BU TARİXƏDƏK açıqlanacaq

Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə 6 iyul 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticələrini ötən həftə -17 iyul tarixində...

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülkər Nuri yay istirahətini xaricdə deyil, atasının xatirələrinin yaşadığı məkanda - Novxanıda yerləşən bağ evində keçiri...

Bu evlərə sənəd verilməyəcək

Bu gün Azərbaycanda yüz minlərlə sənədsiz ev mövcuddur. Xüsusilə Bakı və ətrafında bu evlərin sayı kifayət qədər çoxdur. Həmin evlərin bir hissəsi sənədləşdiril...