“Rusiya ABŞ-yə nüvə silahı atacaq” – ŞOK AÇIQLAMA
“Rusiya Ordusu Qərbin hərbi obyektlərinə nüvə zərbələri endirməyə məcbur olacaq”.
Sfera.az bildirir ki, bunu rusiyalı siyasi ekspert Yevgeni Satanovski deyib. O, bunun gec-tez baş verəcəyinə əmin olduğunu söyləyib.
Ekspertin fikrincə, Rusiyanın dövlət təhlükəsizliyini təmin etmək üçün başqa yolları olmayacaq:
“Əlbəttə, biz nüvə silahlarından istifadə edəcəyik. Kim deyir ki, bu, Ukrayna və ya Polşada istifadə olunacaq? Ən azı Britaniyada, daha yaxşısı isə ABŞ-də bu silahlardan istifadə olunmalıdır. Lakin burada sual yaranır - ABŞ və onun mülki əhalisini məhv etmədən ondan necə istifadə etmək olar? Düşünürəm ki, hədəf məhz hərbi obyektlər olmalıdır. Bu, Qərbi təkcə Rusiyaya və ya postsovet məkanına deyil, Avrasiyaya girməkdən də çəkindirəcək”.
Yevgeni Satanovski qeyd edib ki, Rusiyanın strateji vəzifəsi heç bir yerdə ABŞ bazalarının və ya nüvə silahlarının qalmamasını təmin etməkdir: “Yalnız bu halda biz təhlükəsizliyimizi təmin edə bilərik”.
Günay