Qənirə Paşayeva torpağa tapşırıldı - FOTOLAR
Milli Məclisin deputatı Qənirə Paşayeva dəfn olunub.
Sfera.az xəbər verir ki, Q.Paşayeva ilə vida mərasimi saat 10-da Heydər Məscidində baş tutub. Cənazə namazı qılındıqdan sonra millət vəkili İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.
Dəfn mərasimində bir çox rəsmilər və tanınmış şəxslər iştirak edib. Son mənzilə yolla salınarkən sevənləri də Qənirə xanımı tək buraxmayıb.
Qeyd edək ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb. Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Firuzə Əliyeva