Qüdrət Həsənquliyev: "Allah bu insanı xeyirxahlıq üçün yaratmışdı"

Qüdrət Həsənquliyev:

"Deputat həmkarımız, yaxın dostumuz Qənirə Paşayevanın vaxtsız vəfatı məni hədsiz sarsıtdı".

 

Sfera.az xəbər verir ki, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev deyib.

 

BAXCP sədri Qənirə xanımın bütün şüurlu həyatını xalqımızın müstəqilliyinə və torpaqlarımızın azadlığına həsr etdiyini bildirib:

 

"Onun tükənməz enerjisi hər kəsi heyrətləndirirdi. Saysız-hesabsız xarici səfərlərdən, mədəniyyət xadimləri ilə, seçiciləri də daxil sadə vətəndaşlarla, media nümayəndələri ilə, hər kəslə görüşlərdən yorulmurdu. Çalışırdı həm dövlətimizə, həm insanlarımıza mövcud imkanları çərçivəsində kömək etsin. Allah bu insanı xeyirxahlıq üçün yaratmışdı. Qənirə xanımı xarakterizə etmək, onun daxili dünyasını insanlarımıza çatdırmaq üçün söz tapmaq çətindir. O, səmimiyyəti, çalışqanlığı, istedadı, güclü məntiqi, prinsipiallığı, cəsarəti ilə ictimai-siyasi həyatda özünəməxsus yer qazanmışdı. Yenilikçi idi, sanki həyatının qısa olacağını bilib tələsirdi. Onu tanıyanlar Qənirə xanımı özlərinə doğma bilir, ümid yeri kimi baxırdılar. Bu insanı yaxından tanıyıb ona rəğbət bəsləməmək mümkün deyildi. O sanki xeyirxahlığın, vətənpərvərliyin və işgüzarlığın etalonu idi.


Yaxınlarına və ailə üzvülərinə, onu sevənlərə dərin hüznlə başsağlığı veririəm. Tək təsəllimiz o ola bilər ki, canından çox sevdiyi torpaqlarımızın, Qarabağımızın işğaldan azad olunmasını gördü. Çox istərdim ki, Qənirə xanım ölümündən sonra da olsa vətən qarşısında xidmətlərinə görə ölkəmizin ali ordenlərindən biri ilə təltif olunsun.


Allah rəhmət eləsin, yerin behişt etsin. Amin!"


OXŞAR XƏBƏRLƏR

Yay fəslində istehlakçı hüquqları daha çox pozulur

Yay aylarında məhsul və xidmətlərə olan tələbatın artması fonunda istehlakçı hüquqlarının pozulması hallarında da ciddi artım müşahidə olunur. Ən çox pozuntular...

Xalq artisti Tünzalə Ağayevanı 7000 tamaşaçı izlədi - VİDEO

Xalq artisti Tünzalə Ağayeva növbəti dəfə sevənlərinin qarşısısına çıxıb.   Sfera.az xəbər verir ki, pop ulduz ticarət mərkəzlərinin birində solo k...

Ceyhun Bayramov Gürcüstanda Heydər Əliyev parkını ziyarət etdi

Gürcüstanda səfərdə olan Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndə heyəti Tbilisidə ümummilli lider Heydər Əliyev adına parkı ziyarət ediblər.   ...

I və IV qruplarının nəticələri BU TARİXƏDƏK açıqlanacaq

Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə 6 iyul 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticələrini ötən həftə -17 iyul tarixində...

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülkər Nuri yay istirahətini xaricdə deyil, atasının xatirələrinin yaşadığı məkanda - Novxanıda yerləşən bağ evində keçiri...

Bu evlərə sənəd verilməyəcək

Bu gün Azərbaycanda yüz minlərlə sənədsiz ev mövcuddur. Xüsusilə Bakı və ətrafında bu evlərin sayı kifayət qədər çoxdur. Həmin evlərin bir hissəsi sənədləşdiril...