"Mostbet"in MƏRC DƏLƏDUZLUĞU: “Qanunsuz fəaliyyətlə məşğul olunursa, deməli, onun himayəsi var”

Qanunsuz idman mərc operatoru olan “Mostbet” vətəndaşları aldatmağa davam edir.  Xəbər verdiyimiz kimi, qanunsuz şəbəkə vətəndaşın qazandığı 156 461 manatı ödəmir. 

 

“Günün günorta çağı hamının gözü qarşısında qeyri-qanuni mərc oyunları təşkil olunur, buna diqqət ayrılmır”.

 

Bunu Yenicag.az-a açıqlamasında Azərbaycanda qeyri-qanuni mərc oyunları ilə məşğul olan Mostbet şirkətinin vətəndaşlara qarşı dələduzluğu haqqında danışan millət vəkili Fazil Qəzənfəroğlu deyib.

 

O, belə şirkətlərin arxasında güclü himayədarların dayandığını bildirib:

 

“Azərbaycanda kiminsə qeyri-qanuni fəaliyyətlə məşğul olması mümkün deyil. Əgər haradasa belə bir qanunsuz fəaliyyətlə məşğul olunursa, deməli, onun himayəsi var. Himayə kifayət qədər ciddi olduğundan bu qurumlara təsir etmək mümkün olmur. Necə olur, elementar məsələlərə görə insanlara hansısa şəkildə dərhal təsir göstərmək olur. Amma günün günorta çağı hamının gözü qarşısında qeyri-qanuni mərc oyunları təşkil olunur, buna diqqət ayrılmır. Yüzlərlə belə şikayətlər var.

 

Belə oyunlarda fırıldaq mexanizmi düşünülüb. Hansısa formada mərci udmuş şəxslərin vəsaitləri də özlərinə verilmir. Bu, çox acınacaqlı bir durumdur. Bu istiqamətdə bütövlükdə cəmiyyətin maarifləndirilməsi çox vacibdir. Bunun üçün qanuni idman mərc operatoru “Misli” yaradılıb. Büdcəyə vəsait ödənildiyi söylənilir. Əgər dövlətin əli ilə hansısa proses gerçəkləşir, büdcəmizə vəsait daxil olursa, bunu anlayışla qarşılamaq olur. Amma digər qeyri-qanuni qumar fəaliyyətləri yolverilməzdir”.

 

Vətəndaşlar qanunsuz şans oyunlarına inandıqca dələduzluq halları da artır.

 

Şans oyunlarında bəxtini sınamaq istəyənlər bunu qanuni yollarla da edə bilərlər. Bunun üçün “Azərlotereya”, “Misli” kimi qanuni şans oyularına qatılmaq imkanı var.

 

Müqayisə üçün qeyd edək ki, əldə etdiyimiz məlumata görə qanuni idman mərc oyunu olan misli.az-da bir nəfər iki dəfə cəmi 11 manat qoyaraq, ümumi 120 min manatdan çox pul qazanıb və məbləğ sahibinə ödənilib.

 

//www.instagram.com/p/Cxnwi7motd0/?igshid=MzRlODBiNWFlZA==


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...