Azərbaycan dövlətlərarası axtarışda olan şəxsləri Rusiyaya təhvil verdi

Azərbaycan dövlətlərarası axtarışda olan şəxsləri Rusiyaya təhvil verdi

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Rusiya Federasiyasının vətəndaşları Mustafa Nəriman oğlu Bayramov, Viktor Yevqenyeviç Yelizarov və Mixail Vyaçeslavoviç Kozlovun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Rusiya Federasiyası Baş Prokurorluğunun vəsatətləri Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

 

Baş Prokurorluqdan bildirilib ki, Mustafa Bayramov və Mixail Kozlovun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (mütəşəkkil dəstə tərəfindən xüsusilə külli miqdarda dələduzluq), Viktor Yelizarovun isə həmin Məcəllənin 135-ci maddəsinin 3-cü hissəsi (yetkinlik yaşına çatmamış şəxsə qarşı əxlaqsız hərəkətlər etmə) ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində həmin ölkənin səlahiyyətli orqanları tərəfindən təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndikləri üçün dövlətlərarası axtarışa veriliblər.

 

Qeyd olunan şəxslər Azərbaycan Respublikasına gələn zaman Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sərhəd nəzarətindən keçərkən, axtarışda olduqları üçün saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

 

Sentyabrın 28-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə həmin şəxslər Rusiya Federasiyasının səlahiyyətli orqanlarına təhvil verilib.


OXŞAR XƏBƏRLƏR

Yay fəslində istehlakçı hüquqları daha çox pozulur

Yay aylarında məhsul və xidmətlərə olan tələbatın artması fonunda istehlakçı hüquqlarının pozulması hallarında da ciddi artım müşahidə olunur. Ən çox pozuntular...

Xalq artisti Tünzalə Ağayevanı 7000 tamaşaçı izlədi - VİDEO

Xalq artisti Tünzalə Ağayeva növbəti dəfə sevənlərinin qarşısısına çıxıb.   Sfera.az xəbər verir ki, pop ulduz ticarət mərkəzlərinin birində solo k...

Ceyhun Bayramov Gürcüstanda Heydər Əliyev parkını ziyarət etdi

Gürcüstanda səfərdə olan Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndə heyəti Tbilisidə ümummilli lider Heydər Əliyev adına parkı ziyarət ediblər.   ...

I və IV qruplarının nəticələri BU TARİXƏDƏK açıqlanacaq

Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə 6 iyul 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticələrini ötən həftə -17 iyul tarixində...

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülkər Nuri yay istirahətini xaricdə deyil, atasının xatirələrinin yaşadığı məkanda - Novxanıda yerləşən bağ evində keçiri...

Bu evlərə sənəd verilməyəcək

Bu gün Azərbaycanda yüz minlərlə sənədsiz ev mövcuddur. Xüsusilə Bakı və ətrafında bu evlərin sayı kifayət qədər çoxdur. Həmin evlərin bir hissəsi sənədləşdiril...