“Tik-Tok” və “İnstagram”da dələduzluq edən şəxs saxlanıldı - FOTO

“Tik-Tok” və “İnstagram”da dələduzluq edən şəxs saxlanıldı - FOTO

Sosial şəbəkələrdə vətəndaşları "ucuz qiymətə mobil telefon" adı altında kiber üsullarla talayan şəxs saxlanılıb.

 

DİN-dən Sfera.az-a verilən məlumata görə, “Tik-Tok” və “İnstagram” sosial şəbəkəsində vətəndaşların pul vəsaitlərinin kiber üsullarla talanması barədə daxil olan müraciətlər üzrə polis əməkdaşları tərəfindən növəti əməliyyat keçirilib. Tədbir zamanı “n.n_telekom” adlı səhifə yaradaraq “ucuz qiymətə mobil telefonlar" başlığı adı altında sosial şəbəkələrdə yerləşdirilən şirnikləndirici elanlarla vətəndaşları aldadan 2000-ci il təvəllüdlü Telman Heydərov Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

Saxlanılan şəxs vətəndaşların müxtəlif məbləğlərdə pul vəsaitlərini onlayn köçürmə formasında ələ keçirib. Sonradan T.Heydərov izi itirmək məqsədi ilə "ucuz qiymətə mobil telefon" almaq üçün ona pul köçürən şəxslərin hesablarını bloklayıb. Həmin şəxs sonradan vəsaitləri şəxsi hesablarına köçürərək nağdlaşdırıb.

 

Hazırda T.Heydərov barəsində araşdırmalar davam etdirilir. Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa polisə müraciət edə bilərlər.

 


OXŞAR XƏBƏRLƏR

Prezident fərman imzaladı

Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barəd...

Təyyarə qəzası: Baş prokuror mühüm məlumatı açıqladı

Hadisə (AZAL-ın təyyarəsinin qəzaya uğraması) baş verən kimi Azərbaycanın prokurorluq orqanları tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət iş...

Yay fəslində istehlakçı hüquqları daha çox pozulur

Yay aylarında məhsul və xidmətlərə olan tələbatın artması fonunda istehlakçı hüquqlarının pozulması hallarında da ciddi artım müşahidə olunur. Ən çox pozuntular...

Xalq artisti Tünzalə Ağayevanı 7000 tamaşaçı izlədi - VİDEO

Xalq artisti Tünzalə Ağayeva növbəti dəfə sevənlərinin qarşısısına çıxıb.   Sfera.az xəbər verir ki, pop ulduz ticarət mərkəzlərinin birində solo k...

Ceyhun Bayramov Gürcüstanda Heydər Əliyev parkını ziyarət etdi

Gürcüstanda səfərdə olan Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndə heyəti Tbilisidə ümummilli lider Heydər Əliyev adına parkı ziyarət ediblər.   ...

I və IV qruplarının nəticələri BU TARİXƏDƏK açıqlanacaq

Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə 6 iyul 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticələrini ötən həftə -17 iyul tarixində...