“Qarabağ meşələrində gizlənən separatçılar məhv edilməlidir” - TƏLƏB
“Əldə etdiyimiz uğurlara baxmayaraq, meşələrdə gizlənmək istəyən separatçılar ola bilər”.
Sfera.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, qeyd edib ki, əgər qeyri-qanuni rejimin belə üzvləri varsa, məhv edilməlidirlər:
“Qarabağda separatçı ocağın söndürülməsi Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması imkanlarını artırır. Qarabağ Ermənistan üçün siyasi, iqtisadi və hərbi yük idi. Onlar bu yükdən qurtuldular. Əgər baş nazir Nikol Paşinyanın məntiqi varsa, ilin sonuna qədər Azərbaycanla sülh sazişi imzalayar”.
Ekspert bildirib ki, belə olacağı təqdirsə, erməni lobbisi və yerli radikallar Nikola mane olmağa çalışacaq:
“Ancaq Paşinyan hələ də cəmiyyətinin bir hissəsinin dəstəyinə malikdir. Bu dəstək onun devrilməsinin qarşısını alır. Bu həm də Paşinyana imkan verir ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması siyasətinə üstünlük versin”.
Xatırladaq ki, Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib. Bu barədə qondarma quruma rəhbərlik etmiş Samvel Şahramanyan qərar verib. Qərara əsasən, qondarma rejimin bütün qurumları və təşkilatları fəaliyyətini dayandırır. Bununla da "Dağlıq Qarabağ respublikası" öz mövcudluğuna son verir.
Günay