"Rusiya aldadılıb!" - Lavrov bu ölkələri İTTİHAM ETDİ
"Minsk razılaşmalarını Rusiya ilə birlikdə hazırlayan Fransa və Almaniya Moskvanı aldatdıqları və razılaşmaları yerinə yetirmək niyyətində olmadıqları üçün Ukraynanın ərazi bütövlüyünü pozublar".
Sfera.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Ötən il Almaniyanın keçmiş kansleri Angela Merkel və Fransanın keçmiş Prezidenti Fransua Olland Minsk razılaşmalarının “Ukraynaya vaxt vermək cəhdi” olduğunu bildiriblər".
Lavrov hesab edir ki, bu, Rusiya Federasiyasına qarşı Ukrayna rejiminin hərbi arsenalını yeniləmək məqsədilə edilib:
“Əgər onlar Minsk razılaşmalarına əməl etsəydilər, Ukraynanın ərazi bütövlüyü təmin edilmiş olardı”
Nazir bildirib ki, ölkənin ərazi bütövlüyünün qorunması sazişlərin mahiyyətini təşkil edir.
Lavrov bundan əvvəl BMT-də keçirdiyi mətbuat konfransında demişdi ki, Rusiya SSRİ-dən ayrılarkən qəbul etdiyi müstəqillik bəyannaməsi əsasında Ukraynanın suverenliyini tanıyıb. Bu, digər şeylərlə yanaşı, bloklara qoşulmayan ölkə olmaq və milli azlıqların hüquqlarına hörmət etmək öhdəliyini ehtiva edir.
“Biz bu bəyanatla bu şərtlər daxilində Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik”, - nazir bildirib.
Firuzə Əliyeva