Zəngəzur dəhlizi İran ərazisindən keçəcək? - Millət vəkilindən AÇIQLAMA

Zəngəzur dəhlizi İran ərazisindən keçəcək? - Millət vəkilindən AÇIQLAMA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən qayıdandan sonra açıqlama verərək bildirdi ki, Ermənistan Zəngəzur yolunun açılmasına razılıq verməsə, yol İran üzərindən keçəcək və İran bu məsələdə maraqlıdır.

 

Maraqlıdır, Ermənistan bu xüsusda davamlı əks mövqedə olması, bu yolun İran ərazisindən keçməsi ilə nəticələnə bilərmi?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc İranın Zəngəzur dəhlizinin açılması ilə bağlı yanlış düşüncədə olduğunu deyib.

 

Deputat bu fikrin yaranmasına gətirib çıxaran əsas amildən danışıb:

 

“2020-ci il 10 noyabr razılaşmasından sonra Ermənistan üzərinə düşən öhdəliyi yerinə yetirməməklə Zəngəzur dəhlizini siyasiləşdirdi, hətta onu geopolitik savaşların hədəfinə çevirdi. Bununla İran Ermənistanla 22 kilometrlik sərhədinin bağlanacağını düşündü və prosesi Qafqazdan çıxarılma prosesinin tərkib hissəsi olaraq gördü. Ona görə də, İran tərəfi açıqlama verdi ki, tarixi, coğrafi məkan, ticarət, iqtisadi mənafelər, yəni hüquqi münasibətlər baxımından Qafqaz onlar üçün həyati önəm daşıyır, oradan çıxmayacaq və xüsusilə də İranın Ermənistanla əlaqələrinə kimsə zərbə vura bilməz. Digər tərəfdən Ermənistan Paşinyanın dilindən dəfələrlə bütün kommunikasiyaların açılmasının lehinə, lakin koridor məntiqi əleyhinə olacaqlarını, həmin yola özlərinin nəzarət edəcəklərini, əks halda hüquqi razılaşmayacaqlarını söylədi. Bu baxımdan üç illik həmin dəhliz ətrafında siyasi, informativ, diplomatik savaş gedir.

 

Düşünürəm ki, burada 42 kilometrlik yolun əslində Azərbaycan tərəfindən çəkilməsi və onun, xüsusilə də, dəmir yolunun keçidi üçün tam hazırlanması fonunda dərhal sual meydana çıxdı – Fayda nədədir?

 

Yəni tutaq ki, buraya logistik baxımdan qoşulacaq beynəlxalq regional kampaniyaların gəlirləri nədən ibarət olacaq? Çox sadə. Həqiqətən də,  tək bir parametr üzrə söyləyə bilərik ki, yükdaşımalar zamanı hər kilometrin ayrıca əhəmiyyəti var. Hətta quru yolları baxımından 860 km-lik yoldan bəhs etsək, Zəngəzur dəhlizinin açılacağı təqdirdə bu, ən azı 222-230 km məsafə qısalacaq. Yəni söhbət 610-620 km-lik bir yolun qət edilməsindən və Türkiyəyə çıxışından gedir. “Bir kəmər bir yol” layihəsi üzrə strategiyalara Çin 1 trilyon dollara yaxın vəsait xərcləmək niyyətindədir. Bunun parçası kimi Azərbaycan da Zəngəzur dəhlizini çalışdırdıqda bölgədə faydalar çox olacaq və ilk növbədə Ermənistan özünü işğala görə məruz qoyduğu izolyasiyadan çıxara bilər”. 

 

Millət vəkili Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı açıqlamasının sadəcə olaraq təzyiq yükü daşımadığını qeyd edib. Deputat yaxın zamanlarda Türkiyə-Ermənistan müqaviləsi ilə sərhədlərin açılacağını da bildirib:

 

“Ərdoğanın antiterror tədbirlərinin gətirdiyi yeni gerçəklik və yeni geosiyasət, yeni geoiqtisadiyyat reallığında Naxçıvandan dönərkən verdiyi çox mühüm açıqlama mütləq dəyərləndirməlidir. Erməni tərəfi bunu Azərbaycan və Türkiyə arasında razılaşdırılmış növbəti hücumun hədəfi kimi bəyan edir. Söhbət həm də Rusiyanın qurduğu və Azərbaycan, Ermənistan, Türkiyənin mənafelərinin toqquşduğu bir dəhlizdən gedir. Bu toqquşma anlaşmaya, koordinasiyaya, konsensusa da çevrilə bilər. Həqiqətən, düşünürəm ki, Ərdoğanın verdiyi bəyanat Azərbaycan tərəfindən razılaşdırılaraq onu özündə ehtiva edir ki, İran yəqin ki, Rusiyanın mövqeyini qəbul edir. Bunun fonunda Ermənistan son şansını da tamamilə itirəcək. Əvvəl deyirdilər ki, ikinci erməni dövlətimiz var, ona görə dözməliyik. İndi hansı idea, hansı arqumentlə özlərini müdafiə edəcəklər? Ona görə də, Ərdoğanın bəyanatının yalnız siyasi təzyiq mənası daşımadığına əminəm. Düşünürəm ki, bununla bağlı İranla müəyyən danışıqlar gedir. Çünki Rusiya da İrana çox güclü təsir, təzyiq göstərur. 


Belə olan şəraitdə Zəngəzur dəhlizinin açılması ilə hazırkı dövrdə Ermənistana göstərilən müqavimətin aradan qalxacağına əminəm. Hətta mən çox inanıram ki, ən yaxın zamanlarda Türkiyə və Ermənistanla sülh müqaviləsinin bağlanmasından heç bir gün keçməmiş Türkiyə Ermənistan sərhədləri açılacaq. Mən buna şübhə etmirəm”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Qadın keçmiş ərini və ailəsini öldürmək üçün yarım milyona qatil tutdu

Zaporojyedə hüquq-mühafizə orqanları keçmiş ərini və onun ailəsini qətlə yetirməyi sifariş edən qadını saxlayıb. Bu barədə Zaporojye vilayəti polisinin mətbuat ...

Dua Lipa "Harri Potter"in ulduzları ilə ziyafət vermək qərarına gəlib

Müğənni Dua Lipa dünya turnesini Harri Potterin ulduzları ilə əyləncə gecəsi ilə başa vurmaq qərarına gəlib. Sfera.az xəbər verir ki, bu barədə "The Dai...

Türkiyədə minimum əmək haqqı 1065 manat oldu

Türkiyədə minimum əmək haqqının müəyyən edilməsi üzrə komissiyanın 4-cü toplantısı keçirilib.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, ...

Dağın başında meymunla dava edən kişi sosial şəbəkələrdə gündəm oldu - VİDEO

Çindəki Zhangjiajie Milli Meşə Parkı təkcə heyrətamiz dağları ilə deyil, həm də oğru meymunları ilə məşhurdur. Lakin turistlərdən biri tüklü quldurla mübarizə a...

Məşhur reperlərə qarşı yeni ittihamlar səsləndirilib

P.Diddi ilə bağlı səs-küylü qalmaqalda təəccüblü dönüş baş verib. Sfera.az xarici mediaya istinadən xəbər verir ki, digər məşhur reper Cey Ziyə qarşı da cidd...

Parisdə Eyfel qülləsində yanğın olub: 1000-dən çox turist təxliyə edildi

Parisdə Eyfel qülləsində yanğın olub, turistlər evakuasiya edilib.   Sfera.az bildirir ki, xilasedicilər Parisin simvoluna çatıb və yanğını söndürməyə ...