“Pul bazası kiçildilməməli, optimallaşdırılmalıdır” – Millət vəkili

“Pul bazası kiçildilməməli, optimallaşdırılmalıdır” – Millət vəkili

“Pul bazasının optimallığı həm inflyasiya yaradıcı effektlərin tənzimlənməsinə, həm də real sektorun dəstəklənməsinə xidmət etməlidir. Buna görə də, pul bazasının optimallaşdırılması siyasəti real sektorun canlanmasını xüsusi təşviq etməlidir. Bu baxımdan, kiçilmə deyil, optimallaşdırma siyasətinə üstünlük verilməlidir”.


Sfera.az xəbər verir ki, bunu millət vəkili, iqtisadçı Vüqar Bayramov son iki ayda pul bazasının kiçilməsi faktını şərh edərkən bildirib. 


Xatırladaq ki, 2023-cü ilin iyul və avqust aylarında pul bazası kiçilib. İyunda 18,4 milyard manat olan pul bazasının həcmi sentyabrın 1-də 18,1 milyard manata geriləyib. Son 2 ayda isə pul bazası 300 milyon manata yaxın azalıb. İki aylıq azalmalara rəğmən pul bazası bu ilin əvvəlinə nisbətən yüksəkdir.

 

Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir. 


V.Bayramov hesab edir ki, pul bazasının kiçilməsi Mərkəzi Bankın müvafiq tədbirləri ilə bağlı olub. Onun sözlərinə görə burada əsas məqsəd tələbin optimallaşdırılması və bu yolla inflyasiyanı cilovlamaqdır:

 

“Pul bazasının genişlənməsi tələbi artırır, kiçilməsi istehlak tələbini məhdudlaşdırır. İstehlak tələbinin azalması isə təklifin dəyişmədiyi halda antiinflyasiya effektinə malik olur”.

 

Millət vəkili bildirdi ki, pul bazasının kiçilməsi inflyasiyaya qarşı mübarizədə effektli olsa da, real sektorun pulla təminatını azaldır. Buna görə də V.Bayramov Mərkəzi Banka pul siyasəti ilə bağlı daha optimal davranmağı məsləhət görür:

 

“Pul bazası genişləndikcə xərcləmələr və real sektorda tələb də yüksəlir ki, bununla da istehsal üçün daha çox imkanlar yaradır. Bu kontekstdə pul bazasının optimallığı həm inflyasiya yaradıcı effektlərin tənzimlənməsinə, həm də real sektorun dəstəklənməsinə xidmət etməlidir. Buna görə də, pul bazasının optimallaşdırılması siyasəti real sektorunun canlanmasını xüsusi təşviq etməlidir, kiçilmə deyil, optimallaşdırma siyasətinə üstünlük verilməlidir”.

 

Vasif
 


OXŞAR XƏBƏRLƏR

Qadın keçmiş ərini və ailəsini öldürmək üçün yarım milyona qatil tutdu

Zaporojyedə hüquq-mühafizə orqanları keçmiş ərini və onun ailəsini qətlə yetirməyi sifariş edən qadını saxlayıb. Bu barədə Zaporojye vilayəti polisinin mətbuat ...

Dua Lipa "Harri Potter"in ulduzları ilə ziyafət vermək qərarına gəlib

Müğənni Dua Lipa dünya turnesini Harri Potterin ulduzları ilə əyləncə gecəsi ilə başa vurmaq qərarına gəlib. Sfera.az xəbər verir ki, bu barədə "The Dai...

Türkiyədə minimum əmək haqqı 1065 manat oldu

Türkiyədə minimum əmək haqqının müəyyən edilməsi üzrə komissiyanın 4-cü toplantısı keçirilib.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, ...

Dağın başında meymunla dava edən kişi sosial şəbəkələrdə gündəm oldu - VİDEO

Çindəki Zhangjiajie Milli Meşə Parkı təkcə heyrətamiz dağları ilə deyil, həm də oğru meymunları ilə məşhurdur. Lakin turistlərdən biri tüklü quldurla mübarizə a...

Məşhur reperlərə qarşı yeni ittihamlar səsləndirilib

P.Diddi ilə bağlı səs-küylü qalmaqalda təəccüblü dönüş baş verib. Sfera.az xarici mediaya istinadən xəbər verir ki, digər məşhur reper Cey Ziyə qarşı da cidd...

Parisdə Eyfel qülləsində yanğın olub: 1000-dən çox turist təxliyə edildi

Parisdə Eyfel qülləsində yanğın olub, turistlər evakuasiya edilib.   Sfera.az bildirir ki, xilasedicilər Parisin simvoluna çatıb və yanğını söndürməyə ...