“Biz bir yerdə deyilik” - Saakaşvilinin həyat yoldaşı ilk dəfə siyasətçiyə baş çəkib

“Biz bir yerdə deyilik” - Saakaşvilinin həyat yoldaşı ilk dəfə siyasətçiyə baş çəkib

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs 2 ildən sonra ilk dəfə siyasətçinin həbsdə olduğu Gürcüstanda xəstəxanada ona baş çəkib. 

 

Sfera.az bildirir ki, bu barədə xanım Sandra öz Facebook səhifəsində yazıb. Qadın qeyd edib ki, indi psixoloji cəhətdən Saakaşvili ilə görüşə hazırdır.

 

Saakaşvili ilə hələ də rəsmi nikahda olan Gürcüstanın 54 yaşlı keçmiş birinci xanımı görüşlərinin əsas nəticəsini bölüşüb - onlar artıq bir yerdə deyillər.

 

"Mişanı həbsxanada ziyarət etmək üçün psixoloji cəhətdən hazır və inamlı olmağım tam iki il çəkdi. Uzun görüşdən və səmimi söhbətdən sonra deyə bilərəm ki, biz artıq birlikdə deyilik"- deyə Sandra Rulofs bildirib. 

 

O, Saakaşviliyə azadlıq, cansağlığı və xoşbəxtlik arzulayıb.

 

Xatırladaq ki, Mixail Saakaşvili və Sandra Rulofsun Eduard və Nikoloz adlı iki yetkin oğlu var.

 

Bundan əvvəl isə Ukraynalı deputat Yelizaveta Yasko Saakaşvilidən uşaq dünyaya gətirdiyinə eyham vurmuşdu. O, körpəsinin atasının məhz Saakaşvili olduğunu deməsə də, onun sözlərindən söhbətin hazırda Gürcüstanda dəmir barmaqlıqlar arxasında olan siyasətçidən getdiyini güman etmək olur. Qeyd edək ki, Mixail Saakaşvili və Yelizaveta Yasko münasibətdə olduqlarını etiraf etdikləri videonu siyasətçinin həbsindən sonra dərc edib. Mixail Saakaşvili Yelizaveta Yasko ilə bir-birini sevdiklərini deyib və insanlardan onlara xoş arzular diləməklərini xahiş edib.

Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs həmin ərəfədə siyasətçinin Yelizaveta Yasko ilə münasibəti barədə danışdığı videoya reaksiya verib.

 

Mixail Saakaşvili və Elizaveta Yaskonun münasibət bildirdikləri videonun yayımlanmasından sonra Sandra Rulofsa şəxsi həyatı ilə bağlı suallar verilməyə başlayıb. Gürcüstanın eks-prezidentinin həyat yoldaşı etiraf edib ki, yayımlanan video onun üçün gözlənilməz və qəbuledilməz olub.

 

"Bir çox xəcalətli dostlar və yoldaşlar şəxsi həyatım barədə soruşurlar. Sizdən gizlətməyəcəyəm ki, yayımlanan videonun məzmunu mənim üçün gözlənilməz oldu və forması tamamilə qəbuledilməzdir. Şəxsi emosiyalarıma baxmayaraq, sakitliyimi qoruyuram və inanıram. ki, biz bu mübarizədə qalib gələcəyik”- Saakaşvilinin həyat yoldaşı Facebook-da yazıb.

 

Daha sonra deputat Yelizaveta Yasko koloniyada olan Mixail Saakaşviliyə baş çəkmək üçün Gürcüstana uçub. O, Ukrayna konsulu ilə birlikdə həbsxanaya gedib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...