İsmayıllıda şəhidlərimizin əziz xatirəsi yad edildi - FOTOLAR

Cəmiyyət
22:10 / 27.09.2023
5155
İsmayıllı rayonunda 27 Sentyabr-Anım Günü münasibətilə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib.
Sfera.az-ın məlumatına görə, İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ziyarətdə hüquq-mühafizə orqanları, şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilat və ictimaiyyətin nümayəndələri iştirak edib. Anım tədbirləri rayonun bütün kəndlərində şəhid məzarları önündə keçirilib, həmçinin şəhid ailələri evlərində ziyarət olunub.
Sentyabrın 27-də - Anım Günü ilə əlaqədar saat 12:00-da rayon ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, səs siqnalları verilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!