DTX-də Anım Gününə həsr olunan tədbir təşkil edildi - FOTOLAR

Cəmiyyət
20:30 / 27.09.2023
6368
DTX-nin Mədəniyyət Mərkəzində Anım Gününə həsr olunmuş tədbir təşkil edilib.
Sfera.az xəbər verir ki,27 Sentyabr - Anım Günü ilə bağlı Bakı Bələdiyyə Teatrı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində “Unutqanlıq qorxunc bəladır” adlı tamaşa səhnələşdirilib.
DTX-nin əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə nümayiş etdirilən, Azərbaycan xalqının məruz qaldığı soyqırım və digər faciəvi hadisələrdən bəhs edən tamaşa qonaqların böyük marağına səbəb olub.