Əhalinin kredit borcu sürətlə artır – SON RƏQƏMLƏR

Əhalinin kredit borcu sürətlə artır – SON RƏQƏMLƏR

Azərbaycanda əhalinin banklara olan borcunun məbləği açıqlanıb.

 

Sfera.az xəbər verir ki, 2023-cü ilin sentyabrın 1-də əhalinin banklara borcu 12 milyard 656 milyon manat təşkil edib. Əhalinin banklardan başqa 408 milyon manat bank olmayan kredit təşkilatlarına da borcu var.

 

Ümumilikdə, əhalinin kredit borcu 13,064 milyard manatdan çoxdur. Son bir ildə əhalinin kredit qurumları qarşısında olan borcu kəskin artıb. Bir il əvvəl banklara olan borc 10 milyard manat, digər təşkilatlara olan borc 319 milyon manat idi.

 

Son bir ildə əhalinin aldıqları kreditlərə görə yaranan borcu 2,746 milyard manat, yəni 21 faiz artıb. Əhali banklardan aldığı borcun 2,646 milyard manatını biznes məqsədilə götürüb.

 

Qeyri-bank kredit təşkilatlarından biznes məqsədilə nə qədər borcun alındığı isə açıqlanmır. Bunlardan başqa əhali 3,46 milyard manat ipoteka məqsədilə, 6,53 milyard manat isə istehlak məqsədilə borca girib. Hər 3 məqsədlə alınan borclarda sürətli artım baş verir.

 

Qeyd edək ki, biznes məqsədilə alınan borclar əhalinin gəlirlərinin artmasına xidmət edir. Amma ipoteka və istehlak kreditləri üzrə alınan borclar əhalinin xərclərinin artmasına səbəb olur.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...