Qətiyyətli Ali Baş Komandanı, Polad generalı, fədakar Xalqı olan Ordunun QÜRUR GÜNÜ

Qətiyyətli Ali Baş Komandanı, Polad generalı, fədakar Xalqı olan Ordunun QÜRUR GÜNÜ

Bu gün – 27 sentyabr Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Gününün üçüncü il dönümüdür.

 

Sfera.az xəbər verir ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.


27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir. 

 

Müharibə, pilotsuz təyyarələrin, sensorların, ağır artilleriyanın və raket zərbələrinin istifadəsi, habelə dövlət təbliğatının və onlayn informasiya müharibəsində rəsmi sosial media hesablarının istifadəsi ilə yadda qalan oldu. Azərbayan Respublikasını Prezidenti cənab İlham Əliyev yerli və xarici medialara verdiyi müsahibələrdə hər zaman Azərbaycanın sülh tərəfdarı olduğunu vurğulayırdı, lakin Ermənistan tərəfindən işğal edilmiş torpaqları azad etmək artıq bizim milli və mənəvi borcumuz, özümüzə və vicdanımıza verdiyimiz, tutmalı olduğumuz söz idi.

 

Prezidenti və Ali Baş Komandanı cəsarətli və qətiyyətli olan Azərbaycan dövləti, Ordusu və Xalqı

 

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 2019-cu ilin  oktyabrında Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında  səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida işarəsi" bəyanatı da xalqımızın güc və həmrəyliyinin rəmzi olan “Dəmir yumruğ”un  gerçək və real bir həqiqətə çevrilməsinin başlanğıc nöqtəsi oldu.

 

 


Həm dövlət rəsmilərinin sosial şəbəkələrdə yazdıqları, həm də böyükdən-kiçiyə bütün azərbaycanlıların etdiyi paylaşımlar beynəlxalq sferada həqiqətlərin səsi oldu. Artıq bütün nəhəng ölkələrin tanınmış kanal və saytlarında Azərbaycanın apardığı haqlı mübarizə işıqlandırılırdı.Çoxsaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı döyüşləri kəskin şəkildə qınadı və hər iki tərəfi gərginliyi azaltmağa və birmənalı danışıqları təxirə salmadan davam etdirməyə çağırdı. Fransa və digər dövlətlər tərəfindən olan təzyiqlər Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandanın qətiyyətinə və cəsarətinə təsir edə bilmədi.Bu dövrdə qardaş Türkiyənin və Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın diplomatik və mənəvi dəstəyi də danılmazdır. 

 

 

Bu müharibədə bütün dünya azərbaycanlıları hər zamankından daha çox birlik olmalı idi və bunu da bacardıq. Ölkədə vətənpərvərlik ruhunun yüksəkliyini sözlərlə ifadə etmək mümkün deyil. 

 

Əsgərlərimizin verdiyi şücaətli mübarizə bütün dünyanı heyran qoymuşdu. Qorxmaz və cəsarətli Azərbaycan igidləri qanlarının son damlasına qədər şərəflə döyüşdülər.Azərbaycan əsgəri bütün dünyaya hər şeydən pay olar, Vətəndən, torpaqdan pay olmaz dedi və bunu əyani şəkildə göstərdi. “Ya Qarabağ, ya ölüm” sözlərinin canlı olaraq şahidi olduq. Çünki 30 il davam edən nəticəsiz danışıqlar xalqımızın səbir kasasını daşırmışdı. 

 

Təbii ki, Ermənistan tərəfindən I Qarabağ müharibəsində edilən vəhşiliklər, illərdir alçaqcasına oyunları ilə törətdikləri hərbi cinayətlər cavabsız qalmayacaqdı.

 

Bərdə, Gəncə, Tərtər  və bir çox şəhərlərimizə atılan roketlər cavabsız qalmayacaq, itirdiyimiz yüzlərlə məsum canların – körpə uşaqların qisası, əlbəttə alınacaqdı…

 

Generalı səngərdə şəhid olan Ordu dayana bilməz!

 

2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olan Azərbaycan Respublikasının Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun, həmin döyüşdə şəhid olan Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Artilleriya Komandiri, general-mayor İlqar Mirzəyevin qanı yerdə qalmayacaqdı…

 

“Dəmir yumruq” Vətən dərdinə son qoydu.

 

Cəsarətli və qətiyyətli Ali Baş Komandanın, adı kimi Polad generalın, vətənlə bağladığı əhdinə sadiq polkovnik İlqarın əsgəri, hərbçisi, övladları 44 gün davam edən Vətən müharibəsində Cəbrayıl (4 oktyabr), Füzuli (17 oktyabr),  Zəngilan (20 oktyabr), Qubadlı (25 oktyabr) və Şuşanı (8 noyabr) işğaldan azad etdi.

 

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Moskvada imzalanan üçtərəfli Bəyanata əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edildi. 

 

2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları işğaldan azad edildi.Uzun illər erməni işğalı altında olan Azərbaycanın əzəli və əbədi torpaqları düşməndən təmizləndi. Bununla da Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.

 

Vətən müharibəsində Azərbaycan Ordusunun 2908 hərbçisi şəhid oldu.Minlərlə igidimiz döyüşlərdən qazi olaraq qayıtdı.

 

II Qarabağ müharibəsi Azərbaycanın haqq savaşı idi. Onlar Azərbaycanın bötüvlüyü uğrunda rəşadətlə vuruşdular və tarixə öz adlarını qızıl hərflərlə yazdırdılar.

 

Onlar arasında Polad Həşimovun qisasını almaq üçün cəbhəyə yollanan və müharibədə sadəcə 1 gün iştirak etməsinə baxmayaraq, əlbəyaxa döyüşdə düşmən generalını və polkovnikini yalın əllə boğaraq, ümumilikdə 11-ə yaxın düşmən hərbçisini məhv edən Cəbrayıl Dövlətzadə, adı kimi şəhadətə yüksələn Yüksəl Əlizadə, Fitnes üzrə Azərbaycan çempionu, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Muxtar Qasımlı,  Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə cəbhəyə yollanan , dastana dönən Xudayar Yusifzadə və daha minlərləsi var…

 

Fotoda: Cəbrayıl Dövlətzadə

 

 

Fotoda: Xudayar Yusifzadə

 

Fotoda: Yüksəl Əlizadə

 

Fotoda: Muxtar Qasımlı

 

Bu gün onlar sayəsində 30 ildir yurdundan ayrı düşən həmvətənlilərimiz öz evlərinə qayıda bilir. 

 


İgidlərimizin əksəriyyəti Milli Qəhrəman Polad Həşimovun şəhid olmasından sonra qisas hissi ilə cəbhəyə yollanıb. Biz inanırıq ki, general-mayor Polad Həşimovun ruhu da artıq şaddır.

 

8 gün öncə - 19 sentyabr 2023-cü il tarixində Xocavənd rayonu ərazisində mina partlayışları nəticəsində Daxili İşlər Nazirliyinin polisləri də daxil olmaqla 9 nəfərin şəhid olması ilə nəticələnən təxribatdan sonra Azərbaycan Ordusu antiterror əməliyyatına başladı. Əməliyyat nəticəsində 192 hərbçimiz və 1 mülki şəxs şəhid oldu, 511 hərbçimiz yaralandı. 11 şəhidimizn şəxsiyyəti müəyyənləşdirilir. 

 

 

1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov vurduğu - ermənilərin “özlərinin qələbə rəmzi” kimi qoruduqları- 442 nömrəli tank demontaj edilib, Bakıya Hərbi Qənimətlər Parkına gətirildi.

 

 

Xatırladaq ki, bu tank erməni işğalçı qüvvələrinin Şuşaya hücumu vaxtı şəhərə girməyə çalışan birinci artilleriya idi.Birinci Qarabağ müharibəsindən sonra Şuşaya doğru irəliləyən bu yanmış tank bərpa olunaraq “abidə” kimi şəhərin girişində qoyulmuşdu.  

 

 

Azərbaycan bir daha dünyaya “Dəmir Yumruğ”un gücünü göstərdi. 

 

Hazırda azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri aparılır, eləcə də insanların öz yurdlarına qayıdışı təmin olunur.

 

Bu gün Azərbaycan xalqının dəmir yumruq kimi bir olmasının nəticəsidir ki, Azərbaycanın dövlət başçısı mübarizəsini “Dəmir yumruq” fəlsəfəsinə əsaslanaraq dəmir məntiqlə, əzmlə, daha qüdrətli şəkildə davam etdirir.

 

Sfera.az kollektivi I və II Qarabağ müharibəsi, antiterror əməliyyatı nəticəsində canlarından keçmiş bütün şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyir, qazilərimizə uzun ömür arzulayır, yaralı hərbçilərimizə şəfa diləyir!

 


 Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Qadın keçmiş ərini və ailəsini öldürmək üçün yarım milyona qatil tutdu

Zaporojyedə hüquq-mühafizə orqanları keçmiş ərini və onun ailəsini qətlə yetirməyi sifariş edən qadını saxlayıb. Bu barədə Zaporojye vilayəti polisinin mətbuat ...

Dua Lipa "Harri Potter"in ulduzları ilə ziyafət vermək qərarına gəlib

Müğənni Dua Lipa dünya turnesini Harri Potterin ulduzları ilə əyləncə gecəsi ilə başa vurmaq qərarına gəlib. Sfera.az xəbər verir ki, bu barədə "The Dai...

Türkiyədə minimum əmək haqqı 1065 manat oldu

Türkiyədə minimum əmək haqqının müəyyən edilməsi üzrə komissiyanın 4-cü toplantısı keçirilib.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, ...

Dağın başında meymunla dava edən kişi sosial şəbəkələrdə gündəm oldu - VİDEO

Çindəki Zhangjiajie Milli Meşə Parkı təkcə heyrətamiz dağları ilə deyil, həm də oğru meymunları ilə məşhurdur. Lakin turistlərdən biri tüklü quldurla mübarizə a...

Məşhur reperlərə qarşı yeni ittihamlar səsləndirilib

P.Diddi ilə bağlı səs-küylü qalmaqalda təəccüblü dönüş baş verib. Sfera.az xarici mediaya istinadən xəbər verir ki, digər məşhur reper Cey Ziyə qarşı da cidd...

Parisdə Eyfel qülləsində yanğın olub: 1000-dən çox turist təxliyə edildi

Parisdə Eyfel qülləsində yanğın olub, turistlər evakuasiya edilib.   Sfera.az bildirir ki, xilasedicilər Parisin simvoluna çatıb və yanğını söndürməyə ...