ABŞ Ukraynanın arxasından çəkilir? – 24 milyard əvəzinə 1,65 milyard...

ABŞ Ukraynanın arxasından çəkilir? – 24 milyard əvəzinə 1,65 milyard...

ABŞ-də Ukraynaya edilən yardımların azaldılması təklif edilir.

 

ABŞ Senatı təklif edib ki, Ağ Ev Kiyevə ayrılan maliyyəni 24 milyard dollardan 6,15 milyard dollara qədər azaltmağı təklif edib. Pentaqon məbləğin 4,5 milyarda, ABŞ Dövlət Departamenti isə 1,65 milyard dollara qədər azaltmağı doğru hesab edir. Bununla bağlı təklif büdcəyə dəyişiklik layihəsində də öz əksini tapıb.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Rusiyanın savaşı qazanmaq şansı Qərbin, xüsusilə ABŞ-nin Ukraynaya yardımlarının azaldığı halda baş verə bilər:

 

“Bu, geopolitik qarşıdurmadır. Əlbəttə, ABŞ Ukraynaya maliyyə yardımlarını, dəstəyini azaldarsa, bu, müharibənin taleyinə mənfi təsir edə bilər. Belə olacağı halda, Rusiyanın mövqelərinin də kifayət qədər güclənməsi ehtimalı var. ABŞ-də büdcəyə dəyişikliklərdə yardımın azaldılmasının nəzərdə tutulması Moskvanın maraqlarına xidmət edir”.

 

Müsahibimiz bildirib ki, ABŞ senatorları reallığı düzgün qiymətləndirə bilmirlər:

 

“Proses Rusiyanın qələbəsinə doğru yönəlir. Nəticədə Vaşinqtonun  beynəlxalq müstəvidə mövqeyi kifayət qədər zədələnə bilər. Hesab edirəm ki, Ağ Ev, həmçinin Pentaqon bu cür çağırışların, təkliflərin qarşısını alacaq. Çünki baş verən yardımların azalması həm də ABŞ-nin Avropa siyasətini təhlükəyə atır. Vaşinqtonun oradakı mövqeləri ciddi şəkildə zəifləyə bilər. Fikrimcə, ABŞ-də düşünən beyinlər buna imkan verməyəcək”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...