“Bayraktar”ın "TB3" modeli hazırlanır – Yeni PUA digərindən nə ilə fərqlənəcək?

“Bayraktar”ın

“Baykar” şirkətinin direktorlar şurasının sədri Selçuk Bayraktar “Bayraktar TB”nin yeni modelinin hazırlandığı haqqında açıqlama verib. 


Sfera.az  “Bloomberg”ə istinadən xəbər verir ki, S.Bayraktar açıqlamasında yeni modelin "TB3" adlanacağını və onun "TB2" modelindən üstün texniki imkanlara sahib olacağını qeyd edib. 


S.Bayraktar deyib ki, "TB2" modeli hərbi əməliyyatlarda yaxşı nəticələrə sahibdir. Onun verdiyi məlumata görə, pilotsuz uçuş aparatı (PUA) olan "TB2" modelli 27 min fut (8 230 metr) yüksəkliyə qalxa, 20 saat fasiləsiz uça, 100-120 kq ağırlığında silah daşıya bilir. 


Şirkətin rəhbəri məlumat verib ki, PUA-lar arasında hərbi əməliyyatlar zamanı ən çox hava hücumundan müdafiə sistemi və tank məhz "TB2"lər vasitəsilə vurulub. 
İndiyə qədər istehsal edilən "TB2" modellərinin sayının 500-ü keçdiyini deyən Bayraktar son 20 ildə şirkət gəlirlərinin 82 faizinin ixrac hesabına təmin edildiyini vurğulayıb. O şirkətin istehsal göstəricilərinin son bir ildə 50 faiz artdığını və TB2 modelinin istehsal, həmçinin ixrac göstəricilərinin yaxşılaşmasında mühüm rol oynadığını da qeyd edib. 


S.Bayraktar söyləyib ki, bu günə qədər 31 ölkəyə "TB2" ixrac olunub. Onun bildirdiyinə görə ən böyük ixrac Səudiyyə Ərəbistanına həyata keçiriləcək. Bu ölkə ilə  3 milyard dollar dəyərində müqavilə bağlanıb. 


"TB2"nin praktik əhəmiyyətini nəzərə alan şirkət “Bayraktar TB3” modelinin istehsalına hazırlaşır. S.Bayraktar "TB3" modelinin 2024-cü ildə hazır olacağını söyləyib. Onun sözlərinə görə "TB3" modeli "TB2" modeli ilə müqayisədə daha yüksəyə qalxa biləcək, daha uzun müddət havada qalacaq və ən önəmlisi daha çox yük qaldırma qabiliyyətinə sahib olacaq. "TB3"lər birdəfəyə 1900 km məsafəni qət edə biləcək. Bunlardan başqa "TB3" müstəqil şəkildə təyyarə daşıyan gəmilərə enib-qalxma imkanına malik olacaq.  


Bayraktar xatırladıb ki, 2024-cü ildə reaktiv mühərrikə sahib pilotsuz döyüş təyyarəsi “Kızılelma”nın da kütləvi istehsalına başlanılacaq. 


Şirkət bu iki PUA ilə ixrac bazarlarını genişləndirməyi düşünür. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...