Bu vasitələr hamiləlikdən qorumur – Qadınların diqqətinə

Bu vasitələr hamiləlikdən qorumur – Qadınların diqqətinə

Arzuedilməz hamiləlikdən qorunmaq üçün qadınlar bəzən müxtəlif "dədə-baba” üsullarından istifadə edir.
Təəssüf ki, əksər hallarda bu üsullar hamiləlikdən qorumur.

Digər tərəfdən bu üsulların tətbiqi qadın sağlamlığına ciddi ziyan vura bilər. Bu "üsullar” arasında:
– Cinsi əlaqədən dərhal sonra uşaqlıq yolunun su ilə dərin yuyulması. Bu vasitənin istifadəsi tam effektsizdir. Məsələ burasındadır ki, spermatozidlərin bir qismi cinsi əlaqədən bir neçə saniyə sonra uşaqlıq boynuna çatır. Həmçinin uşaqlıq yolunun dərin yuyulması ziyanlı sayılır. Uşaqlıq yolu özü-özünü təmizləmək qabiliyyətinə malikdir. Belə dərin yuyunma uşaqlıq yolunun normal mikroflorasını pozur ki, bu da uşaqlıq yolunun mikroblara və infeksiyalara qarşı davamlılığını azaldır. Nəticədə qadında cinsiyyət sistemi iltihabları və infeksiyalar riski artır.
– Cinsi əlaqədən sonra uşaqlıq yolunun limon, soda və ya sirkə əlavə olunmuş su ilə yuyulması. Bu üsul da effekt vermir, həm də uşaqlıq yolunun mikroflorasını pozur.
– Marqans əlavə olunmuş su ilə yuyunma. Bu üsulun təbiqi uşaqlıq yolunun selikli qişasını yandıra bilər.
– Uşaqlıq yoluna aspirin həbin, limon diliminin, kiçik sabun tikəsinin yerləşdirilməsi. Üsul həm hamiləlikdən qorumur, həm də ciddi iltihabın yaranmasına səbəb ola bilər.
– Qaynar su ilə ayaq vannası. Bu vasitə də lazım olan effekti vermir və həmçinin sağlamlıq üçün çox ziyanlıdır – ayaq damarlarında ciddi pozulmaların inkişafına səbəb ola bilər.
– Müxtəlif otlardan istifadə. Bu da çox effektsiz və bəzən təhlükəli üsuldur. Bəzi ot dəmləmələrinin həddindən artıq qəbulu ciddi zəhərlənməyə və s. fəsadlara səbəb ola bilər.

Müasir dövrdə hamiləlik əleyhinə həblər və uşaqlıq daxili "spiral” arzuedilməz hamiləlikdən qorunmaq üçün ən effektli vasitələr sayılır.( sağlamolun.az)


OXŞAR XƏBƏRLƏR

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...