Rusiyanın bu qərarı bəzi ölkələri çətin vəziyyətə salacaq - STATİSTİKA

Rusiyanın bu qərarı bəzi ölkələri çətin vəziyyətə salacaq - STATİSTİKA

Rusiya hökumətinin benzin və dizelin ixracına tətbiq etdiyi qadağa Gürcüstan, Türkiyə və Braziliyanın neft məhsulları ilə təminatında çətinlik yarada, qiymətlərin artmasına səbəb ola bilər. 


Sfera.az RBK-nın araşdırmasına əsasən xəbər verir ki, əsas çətinliklə Gürcüstan üzləşəcək. 


Gürcüstan Rusiya yanacağının tədarükünü əvəz etməkdə çətinlik çəkəcək. Çünki 2023-cü ilin birinci yarısında Gürcüstan 554,2 min ton neft məhsulları idxal edib ki, bunun da 81,1 faizi Rusiyanın payına düşür. 


Rusiya dizel yanacağının ən böyük alıcısı isə Türkiyədir. 2023-cü ilin birinci yarısında ölkə 7,77 milyon ton (bütün Rusiya tədarükünün 30%-dən çoxu) idxal edib ki, bu da ötən illə müqayisədə dörd dəfə çoxdur. 


Əvvəllər praktiki olaraq Rusiyadan dizel yanacağı almayan Braziliya və Səudiyyə Ərəbistanı da 2023-cü ilin birinci yarısında idxalı kəskin şəkildə artıraraq müvafiq olaraq 2,8 milyon və 2,76 milyon tona çatdırıblar. 


Bu ölkələrdən başqa Nigeriya, Birləşmiş Ərəb Əmirliyi də Rusiyadan böyük həcmdə yanacaq alır. 


Rusiyalı ekspertlər hesab edir ki, qısa müddət ərzində dünya bazarında rus dizelini əvəz edən ölkə tapmaq mümkün olmayacaq. Məhz bu səbəbdən RBK yazır ki, Rusiyanın qadağasından sonra Avropada dizel yanacağının qiyməti 4,5% artaraq bir ton üçün min dolları ötüb. 


Vasif


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...