Cəriməni buradan ödəyənlərə 40 % endirim edilir? - RƏSMİ AÇIQLAMA
Cəmiyyət
11:50 / 25.09.2023
7416
Son zamanlar vətəndaşlara cərimə borcları ilə bağlı endirim kampaniyaları vədi verən saxta səhifələrin reklamı sosial şəbəkələrdə geniş yayılır.
Sfera.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Qeyd edilib ki, onlardan biri də “asancerime.com” səhifəsidir.
Yol polisi vətəndaşları bu səhifələrlə bağlı xəbərdar edib: “Vətəndaşlarımızdan belə səhifələrə etibar etməməyi, şəxsi və bank kartları məlumatlarını bu cür səhifələrlə paylaşmamağı xahiş edirik. Bu cür səhifələrin dövlətimizlə və rəsmi qurumlarla heç bir əlaqəsi yoxdur. Qeyd olunan səhifə ABŞ-də yaradılıb”.