Azərbaycanlı aparıcı NTV-ə keçdi
Dünya
16:40 / 02.11.2016
1544
Teleaparıcı İradə Zeynalova fəaliyyətini Rusiyanın NTV telekanalında davam etdirəcək.
Sfera.az məlumat verir ki, bu barədə AzVision.az "İnterfax” agentliyinə istinadən xəbər verir.
"Yaxın vaxtlarda İradə Zeynalova NTV kanalında olacaq”, - deyə mənbə agentliyə bildirib.
NTV telekanalının mətbuat xidməti aparıcının kanala keçdiyini təsdiqləsə də, onun hansı proqramı aparacağını açıqlamayıb.
Qeyd edək ki, İradə Zeynalova 2012-ci ildən 2016-cı ilin iyuluna qədər Rusiyanın Birinci kanalında "Voskresnoye Vremya” ("Bazar Zamanı") verilişini aparıb.