Almaniyada müəllim parik və eynək taxaraq Putin tərəfdarı kanalda işləyib

Almaniyada müəllim parik və eynək taxaraq Putin tərəfdarı kanalda işləyib

Almaniyada müəllim sağçı ekstremist Putinyönlü YouTube kanalı Compact TV-nin aparıcısı işləyib. O, özünün Elina adını Anna Şnayderə dəyişərək, tanınmamaq üçün parik və eynək taxıb.


Sfera.az bildirir ki, gənc qadın ifrat sağçı kanal vasitəsilə vaxtaşırı rus təbliğatını və sui-qəsd nəzəriyyələrini yayır, vətəndaşları hökumətə, müsəlmanlara və yəhudilərə qarşı qızışdırıb.


Lakin, qadının maskalanması da kömək etməyib. O, bu cür “dərsdənkənar iş” ucbatından ifşa olunaraq, müəllimlikdən qovulub.


Bu yaxınlarda Almaniyanın “Tagesspiegel” qəzeti “Compact TV”də Anna Şnayder adı ilə proqrama aparıcılıq edən müəllim Elisa V. haqqında araşdırma dərc edib. Müəllimə daim, “yəhudi sui-qəsdi” və masonların fəaliyyətindən danışıb. Ömür boyu xəyal etdiyi işə keçdiyini deyən qadın, sağçı ekstremistlərin və ifrat sağçı Almaniya üçün Alternativ partiyasının nümayəndələrinin tədbirlərində iştirak edib.


O, sonuncu dəfə aparıcı kimi yanvarın sonunda TV-də çıxış edib.


Əks-kəşfiyyat orqanı olan Brandenburq Konstitusiyasının Mühafizəsi İdarəsi bildirib ki, Şnayderin işlədiyi YouTube kanalı “Compact TV” sui-qəsd nəzəriyyələrini yayır və hökumətin devrilməsini təbliğ edir.
 

Xatırladaq ki, İtaliyada bir müəllim Çioqqiyadakı bir məktəbdə 24 illik işdən 20 ilini buradığı üçün işdən qovulmuşdu. Orta məktəb müəllimi 10 il üzrlü səbəb olmadan işdən kənarda qalıb, 14 il isə xəstəlik məzuniyyətində olub.
 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...