McDonald's-da dəhşət - Nəhəng siçovul üç yaşlı qıza hücum etdi

McDonald's-da dəhşət - Nəhəng siçovul üç yaşlı qıza hücum etdi

İngiltərədə McDonald's işçiləri uşaqlara hücum etmə qorxusuna görə nəhəng siçanı süpürgə ilə döyüblər.


Sfera.az bildirir ki, sosial mediada yayılan görüntülərdə gəmiricinin restoranın döşəməsi ilə qaçaraq stulların arxasında gizləndiyi görünür, işçilər onu tutmağa çalışırlar.
Dəhşət içində olan ana Camille Oladokun, keçən həftə Londonun Westfield Stratford City şəhərində üç yaşlı qızı Jana ilə birlikdə nəhəng gəmiricinin hücumuna məruz qalıb. O, bir daha heç vaxt fast food restoranında yemək yeməyəcəyini bildirib.
 

21 yaşlı qadını nəhəng heyvan qorxudub. O həmçinin bildirib ki, işçilər siçanı “qeyri-insani” şəkildə döyərək öldürəndə isə iyrənib. Bu mənzərəni görənlərin dəhşətdən qışqırmasına səbəb olub.


"İşçilər həqiqətən yüksək səslə danışırdılar və sanki nəsə baş verirdi. Onlardan birinin süpürgəsi var idi və nəsə etmək üçün ora-bura qaçırdılar. Mən ilk dəfə bir şeyin yerdə qaçdığını gördüm. Telefonumu çıxardanda mənə tərəf qaçdığını gördüm.O an qızımı tutmalı olduğum üçün səs yazmağı dayandırdım.Qorxdum ki,ona hücum etsin.Sıçan sözün əsl mənasında ətrafımızda qaçırdı və qorxurdum ki, nəsə edəcək.Mən bilirdim ki, onlar aqressiv ola bilirlər, dişləyə bilirlər, bu da problemlərə səbəb ola bilər.Özümə baxmırdım, sadəcə körpəyə yaxınlaşmasını istəmirdim.O, nəhəng idi.Mən heç vaxt belə böyük siçovul görməmişdim”-deyə gənc qadın bildirib.


Camillanın sözlərinə görə, gəmiricini tutandan sonra McDonald's işçiləri onu süpürgə ilə döyərək öldürməyə başlayıblar.
 

Narazı bir müştəri bundan sonra müəssisəni boykot edəcəyini bildirərək, "Bir daha İngiltərədəki McDonald's-a getməyəcəyəm. Getsəm də, bu bölgədə olmayacaq"- deyə müştəri bildirib.


Aynil
Sfera.az


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...