Türkiyə turizmdən yaxşı gəlir əldə edəcək – Turistlərin sayı kəskin artıb 

Türkiyə turizmdən yaxşı gəlir əldə edəcək – Turistlərin sayı kəskin artıb 

Bu il Türkiyəyə gələn turistlərin sayında kəskin artım müşahidə edilir. 


Sfera.az xəbər verir ki, ilin ilk 8 ayında Türkiyəyə gələn əcnəbi turistlərin sayı 13,95 faiz artıb. 


İlin 8 aylıq dövründə Türkiyəyə əvvəlki ilin eyni dövrünə nisbətən gələn xarici turistlərin sayı 4 milyondan çox artaraq 33,43 milyon nəfərə çatıb. 


Bu dövrdə Türkiyəyə ən çox ziyarətçi göndərən ölkə Rusiya olub. Rusiyalıların sayı 44,8 faiz artaraq 4,35 milyon olub. 


Almaniyadan gələn turistlərin sayı 6 faiz artaraq 4,083 milyon, İngiltərədən gələn turistlərin sayı 12,4 faiz artımla 2,65 milyon nəfər təşkil edib. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR