Xaricdə təhsil alanların diqqətinə

Xaricdə təhsil alanların diqqətinə

Oktyabrın 1-də xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan verəcəklər.

 

Sfera.az xəbər verir ki, vu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

 

Bildirilib ki, “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur.

 

İmtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Agentliklə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir. Ərizəçilər ixtisasları üzrə proqramla müvafiq linklərə (“Müəllimlik”, “Mühəndislik”, “Hüquq”) keçid etməklə tanış ola bilərlər.

 

Təqdim edilən proqram üzrə ərizəçilərin ixtisas biliklərinin yoxlanılması ilə yanaşı, onların ümumpeşə biliklərinin müəyyən edilməsi və situasiya-mühakimə test tapşırıqları vasitəsilə davranış səriştələrinin qiymətləndirilməsi də nəzərdə tutulur.

 

İmtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunacaq. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün ən azı 15 bal toplaması tələb olunur.

 

İmtahan 1 oktyabr 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında (8 Noyabr metrostansiyasının yanı) kompüter vasitəsilə keçiriləcək.

 

Qeyd edək ki, imtahanda iştirak edəcək ərizəçilərə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən müvafiq məlumat verilir.


OXŞAR XƏBƏRLƏR

Zelenskini Trampla görüşə tələsdirən əsas səbəb nədir? - AÇIQLAMA

“Kiyev və Vaşinqton artıq ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla inauqurasiya mərasimindən sonra keçiriləcək görüş üzərində işləyir”. Bunu ...

Rəhmon Pezeşkiana Novruz bayramını Tacikistanda qeyd etməyi təklif etdi

Tacikistan Prezidenti Emoməli Rəhmon iranlı həmkarı Məsud Pezeşkianı Novruz bayramında Düşənbəyə səfərə dəvət edib.   Sfera.az Tacikistan mətbuatına ...

Azərbaycan XİN Qəzzada atəşkəs elanını alqışladı

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qəzzada atəşkəs və girov razılaşmasının elanını alqışlayıb.   Sfera.az-ın məlumatına görə, bu barədə Azərbayc...

Kərim Vəliyev NATO-nun iclasında iştirak etdi - FOTOLAR

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Brüssel şəhərində NATO-nun Hərbi Komitəsinin B...

Azərbaycanda imtahan vermədən bu qurumlarda İŞLƏMƏK OLMAZ

Azərbaycanda müxtəlif peşə sahələrinə və dövlət qurumlarına daxil olmaq üçün müəyyən imtahanlardan keçmək tələb olunur. Bu imtahanlar dövlət xidmətində çalışmaq...

Azərbaycandan bu ölkələrə QADAĞA - RƏSMİ AÇIQLAMA

Almaniyanın Brandenburq vilayətində və İsrail Dövlətinin Mərkəz dairəsində dabaq, Şotlandiyanın Anqus inzibati ərazi vahidində və Nigeriyanın Kano ştatında isə ...