Moskvada sülh gözlənilir? – Mühüm AÇIQLAMA

Moskvada sülh gözlənilir? – Mühüm AÇIQLAMA

“Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbayan Ordusu növbəti tarixi qələbəyə imza atdı”.

 

Bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov Cebhe.info-ya açıqlamasında bildirib.

 

Millət vəkili vurğulayıb ki, 2020-ci ildən başlanılan uğurlu yol sona çatmaq üzrədir:

 

“Artıq Azərbaycan sözün əsl mənasında öz ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa edib. Ermənilər isə 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatın müddəlarını pozdular. 

 

Ermənistanın Baş naziri Nikol Paşinyan avantürist və qeyri-stabil siyasəti ilə özünü dünyada biabır etdi. O, Rusiya ilə Qərb arasında oyun oynamağa başladı və sonunda cəzasını aldı.

 

Əvvəla ilahi ədalət, habelə beynəlxalq hüquq, onun norma və prinsipləri Azərbaycanın tərəfində idi. Həmçinin, bütün dünya Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu bilir. 

 

Əlbəttə ki, Qarabağda antiterror tədbirləri həyata keçirmək Azərbaycanın legitim hüququdur. Artıq Xankəndi və ətraf ərazilərdə Azərbaycan bayrağı dalğalanmağa başlayır”.

 

Deputat qeyd edib ki, Yevlaxda keçirilən görüş də rəsmi Bakının təkliflərindən biridir:

 

“Qarabağdakı erməni icmasının nümayəndələrinin bu görüşə öz istəkləri və hətta yavarışları ilə gəlməsi də tarixi andır.

 

Cənab Prezidentin “İlin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh müqavilə imzalana bilər” fikrini ötən günlərdə Paşinyan da söylədi.

 

Görüşün harada keçirilməsindən asılı olmayaraq, ilin sonuna qədər sülh müqaviləsi imzalana bilər. Bunun üçün də tərəflər arasında sərhədlərin də müəyyənləşməsi çox vacibdir. Həmin komissiya da sürətlə işləməlidir”.

 

Vüqar İskəndərov sülh müqaviləsinin hansı ölkədə imzalana biləcəyindən də söz açıb:

 

“Əslində görüşün harada keçirilməsi Azərbaycan üçün o qədər də əhəmiyyətli deyil. Amma iki ölkə arasındakı münasibətlərin tənzimlənməsində daha çox Rusiyanın pozitiv rolunu görürük.

 

Qərb və ABŞ isə ikiüzlü siyasətlərini, Ermənistanı dəstəklədiklərini açıq şəkildə göstərdilər. Dünyada ədalətdən və beynəlxalq hüquqdan danışsalar da, Azərbaycanla bağlı məsələdə təəssüflər olsun ki, şərin yanında yer aldılar.

 

Harada olmasından asılı olmayaraq, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmalıdır. Bu, Moskva və ya digər şəhər də ola bilər. Bu müqavilə imzalanmalıdır ki, artıq bölgəyə sülh və tərəqqi gəlsin.

 

Uzunmüddətli sülh ilə Cənubi Qafqaz bölgəsini “boz zona”dan çıxararaq, işıqlı, gözəl, cənnət bir məkana çevirməliyik”. 


OXŞAR XƏBƏRLƏR

Sabah hava necə olacaq? - PROQNOZ

Yanvarın 17-ə gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarıma...

Zelenskini Trampla görüşə tələsdirən əsas səbəb nədir? - AÇIQLAMA

“Kiyev və Vaşinqton artıq ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla inauqurasiya mərasimindən sonra keçiriləcək görüş üzərində işləyir”. Bunu ...

Rəhmon Pezeşkiana Novruz bayramını Tacikistanda qeyd etməyi təklif etdi

Tacikistan Prezidenti Emoməli Rəhmon iranlı həmkarı Məsud Pezeşkianı Novruz bayramında Düşənbəyə səfərə dəvət edib.   Sfera.az Tacikistan mətbuatına ...

Azərbaycan XİN Qəzzada atəşkəs elanını alqışladı

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qəzzada atəşkəs və girov razılaşmasının elanını alqışlayıb.   Sfera.az-ın məlumatına görə, bu barədə Azərbayc...

Kərim Vəliyev NATO-nun iclasında iştirak etdi - FOTOLAR

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Brüssel şəhərində NATO-nun Hərbi Komitəsinin B...

Azərbaycanda imtahan vermədən bu qurumlarda İŞLƏMƏK OLMAZ

Azərbaycanda müxtəlif peşə sahələrinə və dövlət qurumlarına daxil olmaq üçün müəyyən imtahanlardan keçmək tələb olunur. Bu imtahanlar dövlət xidmətində çalışmaq...