"Unibank" özünüməşğulluq layihəsi çərçivəsində daha 5 vətəndaşa dəstək olub

Unibank özünüməşğulluq layihəsində qazilərimiz də daxil olmaqla, daha bir neçə vətəndaşımıza dəstək göstərib.

 

Sfera.az xəbər verir ki, layihə çərçivəsində bank tərəfindən Bakı, Abşeron, Xaçmaz və Bərdədə yaşayan həssas əhali qruplarına şəxsi bizneslərini qurmaq üçün avadanlıqlar təqdim olunub.

 

Qeyd edək ki, Unibank 4 ildir həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarının öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təminatında iştirak edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına dəstək olmaqdır.


OXŞAR XƏBƏRLƏR

Rəhmon Pezeşkiana Novruz bayramını Tacikistanda qeyd etməyi təklif etdi

Tacikistan Prezidenti Emoməli Rəhmon iranlı həmkarı Məsud Pezeşkianı Novruz bayramında Düşənbəyə səfərə dəvət edib.   Sfera.az Tacikistan mətbuatına ...

Azərbaycan XİN Qəzzada atəşkəs elanını alqışladı

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qəzzada atəşkəs və girov razılaşmasının elanını alqışlayıb.   Sfera.az-ın məlumatına görə, bu barədə Azərbayc...

Kərim Vəliyev NATO-nun iclasında iştirak etdi - FOTOLAR

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Brüssel şəhərində NATO-nun Hərbi Komitəsinin B...

Azərbaycanda imtahan vermədən bu qurumlarda İŞLƏMƏK OLMAZ

Azərbaycanda müxtəlif peşə sahələrinə və dövlət qurumlarına daxil olmaq üçün müəyyən imtahanlardan keçmək tələb olunur. Bu imtahanlar dövlət xidmətində çalışmaq...

Azərbaycandan bu ölkələrə QADAĞA - RƏSMİ AÇIQLAMA

Almaniyanın Brandenburq vilayətində və İsrail Dövlətinin Mərkəz dairəsində dabaq, Şotlandiyanın Anqus inzibati ərazi vahidində və Nigeriyanın Kano ştatında isə ...

Nasaz avtomobil sıxlığa səbəb oldu

Nərimanov rayonu, Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində nasaz nəqliyyat vasitəsi yolda qalıb.   Nəqliyyatı İntellektual İdarəetmə Mər...