Birbank-ın yeni QR-kodla ödəniş üsulu 2% keşbek qazandırır

Birbank-ın yeni QR-kodla ödəniş üsulu 2% keşbek qazandırır

Ölkənin ilk rəqəmsal bankı Birbank-a yeni ödəniş üsulu əlavə edildi. Belə ki, istifadəçilər "QR ilə ödə" stikerini gördükləri istənilən yerdə Birbank  tətbiqinin  "QR" hissəsindən ödəniş edə, üstəlik buna görə 2% keşbek qazana bilərlər.

 

Bunun üçün istifadəçi ödəniş zamanı ilk olaraq kassirə ödənişi QR-kod ilə edəcəyini bildirməli, Birbank mobil tətbiqinin əsas səhifəsində aşağıda yerləşən "QR" hissəsinə keçid etməli və kassirin təqdim etdiyi QR-kodu Birbank ilə skan edərək ödənişi tamamlamalıdır.

 

Yeni ödəniş üsulunu yalnız Birbank hesabına bağlı olan şəxsi Kapital Bank kartları ilə həyata keçirmək mümkündür. Əgər istifadəçi ödəniş etdiyi sahə üzrə daha çox keşbek qazandıran digər aktiv kampaniyaya qoşulubsa və ya əlavə keşbek kateqoriyası seçibsə ödənişə daha yüksək faizli keşbek hesablanır. Bundan əlavə ödəniş edilən məntəqə Birbank partnyorudursa və daha yüksək keşbek təklif edirsə ödənişə yüksək keşbek faizi tətbiq edilir.

 

Ödənişin geri qaytarılması zamanı QR-kod mütləq ödəniş icra olunan Birbank hesabı vasitəsilə skan edilməlidir. Yeni funksiya ilə aylıq qazanıla bilən maksimum keşbek 500 AZN-dir. Toplanan keşbeki Birbank mobil tətbiqində keşbek kabinetindən izləmək mümkündür. Ətraflı məlumat üçün: bir.bank/bbqrp

 

Birbank kartı haqqında ətraflı məlumat üçün //birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, "1" yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin. 


OXŞAR XƏBƏRLƏR

Prezident quru sərhədlərimizin bağlı olmasından DANIŞDI: "Tam əminliklə deyə bilərəm ki..."

Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün - sərhədlər bağlı o...

Milli Məclisin komitələrinə sədr seçildi - TAM SİYAHI

Yeddinci çağırış Milli Məclisin bu gün keçirilən ilk plenar iclasında komitələrə sədr seçkisi keçirilib.   Sfera.az xəbər verir ki, hakim Yeni Azərba...

Metroda nasazlıq yarandı - Sərnişinlər qatardan düşürüldü

Metronun “Neftçilər”- “Qara Qarayev” mənzilində qatarın qapılarından birinə müdaxilə edilməsi ilə bağlı maşinistin idarəetmə pultuna siq...

"Onlarla ölkəyə hərbi sənaye kompleksinin məhsullarını ixrac edirik" - Prezident

Bizim bütün hərbi zavodlarımızda genişmiqyaslı modernləşmə işləri aparılır. Yeni avadanlıq, texnika, silah-sursat istehsal olunur.   Sfera.az xəbər v...

"Azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı utopik deyil" - ŞƏRH

“Bu gün rəsmi Bakının xarici siyasət kursunun əsas istiqamətlərindən biri məhz Qərbi Azərbaycana qayıdışın təmin olunmasıdır”.   Bunu Sfe...

Milli Məclis sədrinin müavinləri seçildi - ADLAR

VII çağırış Milli Məclis sədrinin müavinləri seçilib.   Sfera.az xəbər verir ki, bu barədə VII çağırış Milli Məclisin ilk iclasında məsələ müzak...