Bu bank satışa çıxarıldı
İqtisadiyyat
13:50 / 02.11.2016
1323
Türkiyənin "Ziraat Bankası” Azərbaycanda tərəfdaşlıq etdiyi bankı satışa çıxarır.
Sfera.az-ın məlumatına görə, "Qafqazinfo” Türkiyə KİV-nə instinadən xəbər verir ki, bu barədə "Ziraat Bankası”nın baş direktoru Hüseyn Aydın Türkiyədə keçiridiyi mətbuat konfransında danışıb. Direktorun sözlərinə görə, Azərbaycanda ortaq olduqları bankı satmağı düşünürlər. H.Aydın"Tərəfdaşlıqdan yavaş-yavaş çəkilməyi və bankı Azərbaycan Maliyyə Nazirliyinə satmağı düşünürük. Yaxın günlərdə satışın tamamlanması planlaşdırılır”,- deyib .
Qeyd edək ki, "Ziraat Bankası”nın Azərbaycanda "Azər-Türk Bank”da səhmləri mövcuddur.
Ölkədəki "Ziraat Bank Azərbaycan” isə tam olaraq Türkiyənin "Ziraat Bankası”na məxsusdur.