Batabatda və Ordubadda Tematik Parklar yaradılacaq

Batabatda və Ordubadda Tematik Parklar yaradılacaq

2023-2024-cü illərdə Naxçıvan Muxtar Respublikasında - Batabat gölünün yaxınlığında və Ordubadda Tematik Parkların yaradılması nəzərdə tutulur.

 

Sfera.az xəbər verir ki, bu, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planında nəzərdə tutulub.

 

Sənədə əsasən, bu məsələ ilə bağlı icraçı qurum Dövlət Turizm Agentliyidir.

 

Bundan başqa, muxtar respublikada turizm növlərinin inkişafına dair layihələrin, həmçinin dağ cığırları əsasında piyada marşrutlarının (hiking route) xəritələrinin, turizm üçün əlverişli yaşayış məntəqələrinin qiymətləndirilməsi, qış, kənd və ekoturizm üzrə layihələrinin və Ağbulaq massivində qiymətləndirmə işlərinin aparılması, yay-qış turizm kompleksinin yaradılması planlaşdırılır.

 

Batabat Astrofizika Rəsədxanası üçün tematik turistik mərkəzin tikintisi də nəzərdə tutulur.


OXŞAR XƏBƏRLƏR

Aeroport yolundakı ağır qəzanın VİDEOSU

Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.   Eyni istiqamətdə hərəkətdə olan “Toyota Land Cruiser” markalı avtomob...

“Qarabağ” – “Şelburn” matçının hakimləri AÇIQLANDI

UEFA Çempionlar Liqası 2-ci təsnifat mərhələsinin "Qarabağ"la "Şelburn"arasında keçiriləcək cavab matçının təyinatları açıqlanıb.   ...

Balıqların kütləvi ölümünün ilkin səbəbi açıqlandı

Kənd Təsərrüfatı Nazirliyi Cəlilabad rayonunun Pərdi kəndində yerləşən göldə balıqların kütləvi ölümü ilə bağlı açıqlama yayıb.    Nazirlikdən S...

İlin ikinci yarısında zəlzələlər davam edəcək - XƏBƏRDARLIQ

"İlin ikinci yarım rübündə də zəlzələ olacaqlarının aktiv olması gözlənilir. Azərbaycan ərazisində olan geodinamik hərəkətə əsasən səngimək gözlənilmir. Yə...

Yaqub Eyyubov və Hikmət Hacıyevin adından yayılan açıqlamalar saxtadır

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin adından Rusiya-Azərbaycan münasibətlərinə dair həqiqətə uyğun olmayan sa...

10 minə yaxın abonent QAZSIZ QALACAQ

Şəki rayonu Oxud və Kiş kəndlərinə təbii qazın verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, Zaqatala RQİİ-nin Şəki xidmət sahəsində ...