İcra başçısı Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət etdi - FOTO

İcra başçısı Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət etdi - FOTO

Torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda mübarizədə böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə yüksəlmiş Göyçaylı qəhrəmanlarımızın xatirəsi ehtiramla anılıb.

 

Sentyabrın 19-da Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev 44 günlük Vətən Müharibəsi şəhidlərinin anım günü ərəfəsində şəhidlər Hüseynov Xəyyam Hüseyn oğlu, Mayılov Rüfət Bəhram oğlu, Ömərli Kənan Elxan oğlu, Nadirov Fərid İlyas oğlu, Əliyev Azər Elnur oğlu, Kərimli Azad Elşad oğlunun ailə üzvləri ilə görüşüb.

 

Görüşdə rayon Polis Şöbəsinin rəisi, Dövlət Təhlükəsizlik Xidmətinin Göyçay rayon şöbəsinin rəisi, rayon icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri, YAP Göyçay rayon təşkilatının sədri də iştirak edib.

 

Şəhid valideynləri ilə görüşdə qəhrəmanlarımızın şərəfli döyüş yolundan danışılaraq xatirələri anılıb.

 

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev görüşdə Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsinin bundan sonra da daim əziz tutulacağını və dövlətimizin hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacağını qeyd edərək bizə zəfər sevinci, qalibiyyət qüruru bəxş edən şəhidlərin xatirəsinin yaddaşlarda əbədi yaşayacağını bildirib.

 

Rayon rəhbəri şəhid ailələrinin qayğıları ilə maraqlanıb, onların qaldırdıqları məsələləri nəzarətdə saxlayacağını və həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyini bildirib.

 

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.


OXŞAR XƏBƏRLƏR

Aeroport yolundakı ağır qəzanın VİDEOSU

Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.   Eyni istiqamətdə hərəkətdə olan “Toyota Land Cruiser” markalı avtomob...

“Qarabağ” – “Şelburn” matçının hakimləri AÇIQLANDI

UEFA Çempionlar Liqası 2-ci təsnifat mərhələsinin "Qarabağ"la "Şelburn"arasında keçiriləcək cavab matçının təyinatları açıqlanıb.   ...

Balıqların kütləvi ölümünün ilkin səbəbi açıqlandı

Kənd Təsərrüfatı Nazirliyi Cəlilabad rayonunun Pərdi kəndində yerləşən göldə balıqların kütləvi ölümü ilə bağlı açıqlama yayıb.    Nazirlikdən S...

İlin ikinci yarısında zəlzələlər davam edəcək - XƏBƏRDARLIQ

"İlin ikinci yarım rübündə də zəlzələ olacaqlarının aktiv olması gözlənilir. Azərbaycan ərazisində olan geodinamik hərəkətə əsasən səngimək gözlənilmir. Yə...

Yaqub Eyyubov və Hikmət Hacıyevin adından yayılan açıqlamalar saxtadır

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin adından Rusiya-Azərbaycan münasibətlərinə dair həqiqətə uyğun olmayan sa...

10 minə yaxın abonent QAZSIZ QALACAQ

Şəki rayonu Oxud və Kiş kəndlərinə təbii qazın verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, Zaqatala RQİİ-nin Şəki xidmət sahəsində ...