Əməliyyatlarda son durum: Ordumuz bu istiqamətlərdə irəlilədi və…

Əməliyyatlarda son durum: Ordumuz bu istiqamətlərdə irəlilədi və…

“Erməni mənbələr antiterror tədbirlərinin getdiyi ərazilərdəki vəziyyəti gizlətməyə, “döyüşdükləri”, “müqavimət” göstərdikləri görüntüsü yaratmağa çalışır”.

 

Sfera.az xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı deyib.

 

O bildirib ki, separatçıların ayrı-ayrı məlumatlarını analiz edəndə isə real vəziyyət ortaya çıxır:

 

“Onların “təmas xətti” dedikləri, ordumuzun yarıb keçdiyi ərazilərdə qalan terrorçu dəstələrlə Xankəndindəki qondarma rejim arasında koordinasiya itib;

 

Elektrik problemləri olduğu üçün hərbi müstəvidə təmaslar yaratmaq problemləri də var;

 

Qanunsuz silahlı dəstələr arasında pərakəndəlik yaranıb;

 

Xocalı, Xocavənd və keçmiş Ağdərə rayonları ərazisində 16 kənddən ermənilər çıxarılıb: bu, hər üç istiqamətdə irəliləyən ordumuzun Xankəndiyə doğru yaxınlaşdığı deməkdir;

 

Rusiya sülhməramlıları prosesə müdaxilə etmir, Paşinyan isə hakimiyyətinin hayındadır. Qərb ölkələrinə ümid edir, onlardan kömək gözləsələr də bəyanatlardan başqa heç nə yoxdur. Separatçılar Azərbaycan ordusunun qarşısında çıxılmaz vəziyyətdə qalıb, nə Qarabağdan qaça bilirlər – bunun üçün çıxışları yoxdur, nə də irəliləyə bilirlər”.


OXŞAR XƏBƏRLƏR

Aeroport yolundakı ağır qəzanın VİDEOSU

Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.   Eyni istiqamətdə hərəkətdə olan “Toyota Land Cruiser” markalı avtomob...

“Qarabağ” – “Şelburn” matçının hakimləri AÇIQLANDI

UEFA Çempionlar Liqası 2-ci təsnifat mərhələsinin "Qarabağ"la "Şelburn"arasında keçiriləcək cavab matçının təyinatları açıqlanıb.   ...

Balıqların kütləvi ölümünün ilkin səbəbi açıqlandı

Kənd Təsərrüfatı Nazirliyi Cəlilabad rayonunun Pərdi kəndində yerləşən göldə balıqların kütləvi ölümü ilə bağlı açıqlama yayıb.    Nazirlikdən S...

İlin ikinci yarısında zəlzələlər davam edəcək - XƏBƏRDARLIQ

"İlin ikinci yarım rübündə də zəlzələ olacaqlarının aktiv olması gözlənilir. Azərbaycan ərazisində olan geodinamik hərəkətə əsasən səngimək gözlənilmir. Yə...

Yaqub Eyyubov və Hikmət Hacıyevin adından yayılan açıqlamalar saxtadır

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin adından Rusiya-Azərbaycan münasibətlərinə dair həqiqətə uyğun olmayan sa...

10 minə yaxın abonent QAZSIZ QALACAQ

Şəki rayonu Oxud və Kiş kəndlərinə təbii qazın verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, Zaqatala RQİİ-nin Şəki xidmət sahəsində ...