Paşinyan sentyabrın 11-də Ərdoğandan nə xahiş edib? - “Hraparak” nəşrindən İDDİA

Paşinyan sentyabrın 11-də Ərdoğandan nə xahiş edib? - “Hraparak” nəşrindən İDDİA

Sentyabrın 11-də Ermənistan baş naziri Nikol Paşinyan ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

 

Sfera.az bildirir ki, Ermənistanın “Hraparak.am” nəşrinin məlumatına görə, telefon danışığı zamanı Paşinyan türkiyəli həmkarından bəzi məsələlərlə bağlı xahiş edib.

 

“Rəsmi məlumata görə, həmsöhbətlər Ermənistan-Türkiyə münasibətləri və regional məsələlər barədə danışıb. Söhbət zamanı hər iki ölkənin liderləri vurğulayıblar ki, bölgədə uzunmüddətli sülh və sabitliyə nail olunması bütün region ölkələrinin inkişafına və çiçəklənməsinə töhfə verəcək. Tərəflər bu istiqamətdə diplomatik səyləri davam etdirəcəklərini qeyd ediblər. Lakin elə həmin gün xəbər yayıldı ki, Nikol Paşinyan Ərdoğanla söhbətində ondan 17 sentyabra qədər gözləməsini xahiş edib. Yəni o, Türkiyə prezidentindən Ağsaqqallar Şurası seçkilərinə qədər vəziyyəti gərginləşdirməkdən çəkinməyi xahiş edib”.

 

Nəşr iddia edib ki, Paşinyan bunun qarşılığında Türkiyənin istədiyi addımları atmağa hazır olduğunu bildirib.

 

Qeyd edək ki, dünən İrəvan Ağsaqqallar Şurasına seçkilərdə səslərin hesablanması başa çatıb. Baş nazir Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası səslərin 50%-ni toplaya bilməyib. Nəticələrə əsasən, “Vətəndaş sazişi” partiyası seçicilərin 32,57 faizinin səsini toplayıb. İkinci yerdə indiyədək 18,89 faiz səs toplayan sabiq İrəvan meri Hayk Marutyanın “Milli tərəqqi” partiyası, üçüncü yerdə isə 15,43 faiz səslə “Ana Ermənistan” bloku qərarlaşıb. Digər siyasi qüvvələrə gəlincə, "Respublika" partiyası 11,32%, "Xalqın səsi" partiyası 9,68% səs qazana bilib.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Tramp FED-i bu qərara görə TƏNQİD ETDİ - Son 4 ildə ilk dəfə...

ABŞ prezidentliyinə namizəd, respublikaçı Donald Tramp ABŞ Federal Ehtiyat Sistemini (FED) faiz dərəcələrini 50 baza bəndi azaltma qərarına görə tənqid edi...

“Azərbaycan da buna görə müvafiq addımlar atıb” – VİDEO

“Əslində, son 50 ildə informasiya texnologiyalarında sürətli inkişaf məlumatların qorunmasının vacibliyini artırır. İndi bəzi ölkələr üçün gizli informasi...

Zaxarova: "Qərb Cənubi Qafqazda sülhün təmin edilməsinə qarşıdır"

Qərb ölkələrinin Cənubi Qafqaz regionu üçün dağıdıcılıqdan başqa heç bir gündəmi yoxdur.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliy...

"Instagram"dan bu şəxslərə MƏHDUDİYYƏT - Paylaşımlar görünməyəcək

"İnstagram" 16 yaşdan kiçik istifadəçilərin hesablarını “Gənc hesab” kimi tanıyacaq və onlara bir sıra məhdudiyyətlər tətbiq edəcək. &...

Şənbə günü yağış yağacaq - PROQNOZ

Sentyabrın 21-də Azərbaycanda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   ...

Torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlandı - VİDEO

Bu ilin I yarısında Azərbaycanda torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirləri çərçivəsində ölkə üzrə ümumilikdə 8 410 mo...