Azərbaycanda nikahdankənar doğuşlar artıb - STATİSTİKA

Azərbaycanda nikahdankənar doğuşlar artıb - STATİSTİKA

Dövlət Statistika Komitəsi (DSK) rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı ilə bağlı yeni rəqəmləri açıqlayıb.

 

Sfera.az xəbər verir ki, Modern.az-ın statistik məlumatlara əsasən apardığı araşdırmaya görə, son illərdə belə uşaqların sayında azalma müşahidə edilsə də, 2022-ci ildə əvvəlki illə müqayisədə artıb.

 

Belə ki, 2011-ci ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 31 minə yaxın olub, növbəti illərdə azalma müşahidə edilib. 2021-ci ildə 17 500-dən çox belə doğulan uşaq olubsa, ötən il bu göstərici 7% artaraq 18 800-ü keçib ki, bu da diri doğulan uşaqların 15%-ni təşkil edib. Yəni 2022-ci ildə anadan olan hər 7 uşaqdan birinin anası rəsmi nikahda olmayıb.

 

Cədvəl - illər üzrə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı aşağıdakı kimi olub:
Azərbaycanda nikahdankənar doğuşlar artıb - STATİSTİKA

Statistikaya əsasən, rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların 20%-dən çoxu Ədliyyə Nazirliyində yalnız ananın, qalanları hər iki valideynin ərizəsi əsasında qeydiyyata alınıb.

 

DSK, həmçinin rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların kənd və şəhərlər üzrə bölgüsünü də təqdim edib. Rəsmi nikahda olmayan qadınların dünyaya gətirdiyi uşaqların 62 faizi kəndlərdə doğulub. 1990-cı illərdə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı şəhər yerlərində üstünlük təşkil edirdisə, 2003-cü ildən etibarən bu göstərici kənd yerlərində daha çox olub.


 


OXŞAR XƏBƏRLƏR

Dollar bu gün neçəyədir? - RƏSMİ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.   Sfera.az-ın məlumatına görə, 2025-ci il iyulun 21-də ABŞ dollarının məzənnəsi də...

Sumqayıtdakı yanğında 17 nəfər tüstüdən zəhərlənib - SİYAHI

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənən şəxslərin adları məlum olub.   Sfera.az məlumat verir ki, Sumqa...

Leyla Əliyeva muzeydə - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Milli Azərbaycan Tarixi Muzeyində olub.   Sfera.a...

Türkiyədə avtobus qəzası: Ölən yaralananlar var

Sivasın (Türkiyə) İmranlı rayonunun Kızıldağ aşırımında sərnişin avtobusu aşıb.   Sfera.az İHA-ya istinadən xəbər verir ki, qəza nəticəsində 3 nəfər ...

Bu gün hava neçə dərəcə isti olacaq? - PROQNOZ

İyulun 21-də gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən Bakıda və Abşeron yarımadas...

Xırdalanda yayılan görüntülərlə bağlı - DİN-dən açıqlama

Sosial şəbəkələrdə Abşeron rayonu, Xırdalan şəhərində çoxmənzilli yaşayış binasında sakinlərdən birinin guya zorakılığa məruz qalması ilə bağlı görüntülər yayıl...