Ali məktəblərə qəbul olunanların qeydiyyat müddəti artırıldı

Ali məktəblərə qəbul olunanların qeydiyyat müddəti artırıldı

Əsas yerləşdirmədən sonra ali təhsil müəssisələrinə qəbul olunan şəxslərin qeydiyyat müddəti uzadılıb və 20 sentyabr saat 18:00-dək davam edəcək.

 

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) Sfera.az-a verilən məlumatda bildirilib.

 

"Birinci mərhələdən sonra ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər göstərilən vaxtadək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

 

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

 

Məlumat üçün qeyd edək ki, hazırda ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan şəxslərin də portal vasitəsilə qeydiyyatı davam edir və 20 sentyabr saat 18:00-da bitəcək. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar isə 25 sentyabr saat 18:00-dək qeydiyyatdan keçməlidirlər”, - rəsmi məlumatda vurğulanıb.


OXŞAR XƏBƏRLƏR

Dollar bu gün neçəyədir? - RƏSMİ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.   Sfera.az-ın məlumatına görə, 2025-ci il iyulun 21-də ABŞ dollarının məzənnəsi də...

Sumqayıtdakı yanğında 17 nəfər tüstüdən zəhərlənib - SİYAHI

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənən şəxslərin adları məlum olub.   Sfera.az məlumat verir ki, Sumqa...

Leyla Əliyeva muzeydə - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Milli Azərbaycan Tarixi Muzeyində olub.   Sfera.a...

Türkiyədə avtobus qəzası: Ölən yaralananlar var

Sivasın (Türkiyə) İmranlı rayonunun Kızıldağ aşırımında sərnişin avtobusu aşıb.   Sfera.az İHA-ya istinadən xəbər verir ki, qəza nəticəsində 3 nəfər ...

Bu gün hava neçə dərəcə isti olacaq? - PROQNOZ

İyulun 21-də gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən Bakıda və Abşeron yarımadas...

Xırdalanda yayılan görüntülərlə bağlı - DİN-dən açıqlama

Sosial şəbəkələrdə Abşeron rayonu, Xırdalan şəhərində çoxmənzilli yaşayış binasında sakinlərdən birinin guya zorakılığa məruz qalması ilə bağlı görüntülər yayıl...