"Bu ikisi olmadan separatçılar Xankəndini idarə edə bilməyəcəklər" - MÜHÜM AÇIQLAMA

Bu gün səhər Beynəlxalq Qızıl Xaç Komitəsinin avtomobilləri Ağdam-Xankəndi yolu ilə Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli sakinlərə ərzaq və tibbi ləvazimatlar aparıb.Bu, Ağdam-Xankəndi yolunun açılması deməkdir. Uzun müddət idi ki, Azərbaycan Ağdam-Xankəndi yolunun açılmasının, yüklərin bu yolla Xankəndiyə çatdırılmasının vacibliyi və əlverişli olması barədə müzakirələr gedirdi.Son 3 ay ərzində isə Azərbaycan bu yolun əhəmiyyətini həm Ermənistana, həm beynəlxalq ictimaiyyətə izah etmək üçün üçün ciddi addımlar atır, Laçın-Xankəndi marşrutuna paralel olaraq Ağdam-Xankəndi yolunun işləməsinə razı olduğunu bildirirdi.

 

Sentyabrın 1-dən paralel şəkildə yolların işə salınması Azərbaycan və Ermənistan tərəfinin ABŞ-də keçirilmiş son görüşündə razılaşdırılmışdı. Lakin Qarabağdakı separatçı qalıqları bu razılaşmanı pozur, Ermənistan, onların xaricdəki havadarları, lobbiləri razılaşmanın baş tutmaması üçün əllərindən gələni edirdilər. Onlar Azərbaycana qarşı çox ciddi təzyiqlərə əl atır, müxtəlif səviyyələrdə yersiz bəyanatlar səsləndirir, yalnız Laçın yolunun açılmasını tələb kimi irəli sürürdülər.Lakin Azərbaycan prinsipial mövqeyindən çəkilməyərək, hər iki marşrutun paralel olaraq işləməsi təklifində təkid etdi və istəyinə nail də oldu.Bir neçə gün əvvəl Rusiyanın Qızıl Xaç Cəmiyyətinin, bu gün isə Beynəlxalq Qızıl Xaç Komitəsinin yüklərinin Ağdam yolu vasitəsilə Xankəndiyə keçməsi ilə Azərbaycan növbəti dəfə doğru yolda olduğunu, ona təzyiqlərin nəticəsizliyini bütün dünyaya göstərdi.

 

Bəs bundan sonra Azərbaycanın atacağı addımlar necə olmalıdır?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, Azərbaycan prinsipial mövqeyindən geri çəkilməməlidir:

 

“Təzyiq davam etməlidir. Ağdam-Xankəndi yolunun açılması Laçın yolundan istənilən yüklərin daşınması anlamına gəlməməlidir. Hər iki yoldan çatdırılması planlaşdırılan və bizə aid olmayan yüklərin gömrük və laborator yoxlanışı həyata keçirilməlidir. Qarabağ ermənilərinə Ermənistanın pul vahidinin və yanacağın keçirilməsinə icazə verilməməlidir. Bu ikisi olmadan erməni separatçıları işğal altındakı bölgəni idarə edə bilməyəcəklər. Qarabağ erməniləri qanunlarımıza tabe olmayana qədər təbii qaz və elektrik problemlərinin həll olunacağına da ümid etməməlidirlər”.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Avropa İttifaqı tanınmış rus kinorejissoruna sanksiya tətbiq edi - FOTO

Avropa İttifaqı Rusiyanın xalq artisti Karen Şahnazarov və daha 9 rusiyalı şəxsə qarşı sanksiya tətbiq edib.    Sfera.az bu barədə Avropa İttifa...

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya arasında davam edən gərginliyə son qoymaq məqsədilə tərəflər atəşkəs razılaşmasına gəliblər.  Sfera.az xəbər verir ki, bu barədə ABŞ-...

Ermənilər Ağdamda qəbirlərdən protezləri oğurlayıblar - FOTO

Prezident İlham Əliyevin təşəbbüsü və nəzarəti altında Ağdam şəhərindəki İmarət kompleksində 2023-cü ilin mart ayından başlayaraq dayanmadan arxeoloji tədqiqatl...

FHN çimərliklərlə bağlı əhaliyə müraciət edib - VİDEO

Kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bəzi vətəndaşlar tərəfindən çimərliklərdə təhlükəsizlik qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb olur....

48 yaşlı qadın kanalda batdı

Füzulidə 48 yaşlı qadın kanalda batıb.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Baş Mil Kanalının rayonun İkinci Mahmudlu kəndi ərazisi...

Borcunu qaytarmayan 36 nəfər saxlanıldı

İyulun 18-də ölkə ərazisində qeydə alınan 67, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Sfera....