"Tbilisidə hökuməti devirməyə çalışacaqlar" - Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti 

2023-cü ilin oktyabr-dekabr aylarında Gürcüstanda hökuməti iğtişaşlar yolu ilə devirməyə çalışacaqlar. İğtişaşların başlanması Avropa Komissiyasının Gürcüstana Avropa İttifaqı (Aİ) üzvlüyünə namizəd statusu verilməsi barədə qərarı ictimaiyyətə açıqlanmasından sonraya planlaşdırılır. 


Sfera.az RBK-ya istinadən xəbər verir ki, belə bir iddianı Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti “Facebook”da paylaşıb.


Təhlükəsizlik xidmətinin məlumatına görə, sui-qəsdin təşkilatçıları arasında Gürcüstanın keçmiş daxili işlər naziri Vano Merabişvili, onun keçmiş müavini, hazırda Ukrayna əks-kəşfiyyatının direktor müavini Gia Lordkipanidze, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin keçmiş təhlükəsizlik zabiti də var. 


Xidmətin məlumatına əsasən, hadisələrin inkişafı üçün müxtəlif ssenarilər, o cümlədən 2014-cü ildə Ukraynada baş vermiş Avromaydana bənzər ssenarilər nəzərdən keçirilir. Planlara çadır şəhərciyi yaratmaq, Gürcüstanda mərkəzi prospektlər və strateji obyektlər yaxınlığında barrikadalar qurmaq, hökumət binalarını bağlamaq və kobud təxribat elementlərini ehtiva edən digər qanunsuz hərəkətlər daxildir. 


Xatırladaq ki, Gürcüstan ötən ilin martında Moldova ilə birlikdə Aİ-yə üzv olmaq üçün müraciət edib. Aİ və NATO-ya üzvlük arzusu Gürcüstan Konstitusiyasında təsbit olunub. 2022-ci ilin iyununda Ukrayna və Moldava Aİ üzvlüyünə namizəd statusu alıblar. Gürcüstana isə lazımi islahatlardan sonra üzvlüyə namizəd statusu veriləcəyi vəd edilib. Avropa diplomatiyasının rəhbəri Josep Borrell sentyabrın 8-də bildirib ki, Gürcüstan on iki islahatdan daha doqquzunu həyata keçirməlidir. Baş nazir İrakli Qaribaşvili isə Gürcüstanın tövsiyələrin əksəriyyətini yerinə yetirdiyini və daha üçü üzərində işlədiyini deyib.


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Avropa İttifaqı tanınmış rus kinorejissoruna sanksiya tətbiq edi - FOTO

Avropa İttifaqı Rusiyanın xalq artisti Karen Şahnazarov və daha 9 rusiyalı şəxsə qarşı sanksiya tətbiq edib.    Sfera.az bu barədə Avropa İttifa...

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya arasında davam edən gərginliyə son qoymaq məqsədilə tərəflər atəşkəs razılaşmasına gəliblər.  Sfera.az xəbər verir ki, bu barədə ABŞ-...

Ermənilər Ağdamda qəbirlərdən protezləri oğurlayıblar - FOTO

Prezident İlham Əliyevin təşəbbüsü və nəzarəti altında Ağdam şəhərindəki İmarət kompleksində 2023-cü ilin mart ayından başlayaraq dayanmadan arxeoloji tədqiqatl...

FHN çimərliklərlə bağlı əhaliyə müraciət edib - VİDEO

Kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bəzi vətəndaşlar tərəfindən çimərliklərdə təhlükəsizlik qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb olur....

48 yaşlı qadın kanalda batdı

Füzulidə 48 yaşlı qadın kanalda batıb.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Baş Mil Kanalının rayonun İkinci Mahmudlu kəndi ərazisi...

Borcunu qaytarmayan 36 nəfər saxlanıldı

İyulun 18-də ölkə ərazisində qeydə alınan 67, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Sfera....