Dərmanlar ucuzlaşacaq – “Apteklər süni qiymət artımı yarada bilməyəcək”

Dərmanlar ucuzlaşacaq – “Apteklər süni qiymət artımı yarada bilməyəcək”

Bir neçə gün öncə Tarif Şurası dərman vasitələrinin qiymətlərinin yuxarı həddinin təsdiq etməsi ilə bağlı qərar qəbul edib. Qərarın dərmanların qiymətlərinə təsir edəcəyi ilə bağlı fikirlər mövcuddur. İlkin proqnozlar dərman preparatlarının qiymətlərinin ucuzlaşacağı yönündədir.

 

Bu iddialar nə dərəcədə doğrudur?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Rüfət Quliyev Tarif Şurasının son qərarının istehlak bazarında dəyişiklik yaradacağını deyib. Millət vəkili bundan sonra süni qiymət artımının olmayacağını bildirib:

 

“Milli Məclisdə sentyabrın 15-də Rəqabət Məcəlləsi ilə əlaqədar müzakirəmiz oldu. Uzağı bu ilin axırına qədər 16 ildir, müzakirə olunan həmin məcəlləni qəbul edəcəyimizə inanırıq. Sözügedən məcəllə bazar iqtisadiyyatının üç əsas qanunundan biridir. Təbii ki, bunun da bütün istehlak bazarına və xidmətlərinə böyük müsbət təsiri olacaq. Tarif Şurası tərəfindən dərman preparatlarının qiymətlərinin yüksək həddi müəyyən edildi. Bu qanun nəticəsində apteklərdə qiymətlər qalxmayacaq, yəni daha buna imkan verilməyəcək. Yeni qaydalara əsasən, dərman vasitələrini Tarif Şurasının təyin etdiyi qiymətlərdən baha satmaq mümkün olmayacaq”.

 

Deputat apteklərdə 15 faiz ucuzlaşmanın olacağını proqnozlaşdırıb:

 

“Yeni qaydanın tətbiqi həm də o deməkdir ki, apteklərin arasında rəqabət yaşanacaq və onlar çalışacaqlar ki, dərman vasitələrini cüzi fərqlə də olsa daha ucuz qiymətə təklif etsinlər. Düşünürəm ki, Tarif Şurasının bu qərarı ən azı ümumi qiymətlərə 15 faiz təsir edəcək. Yəni dərman preparatları ucuzlaşacaq”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Bu ölkədə hökümət "Telegram"ı qadağan etdi

Nepal hökuməti onlayn fırıldaqçılıq və çirkli pulların yuyulması ilə bağlı artan narahatlıqlar fonunda məşhur mesajlaşma tətbiqi "Telegram"ın dərhal b...

Saatlıda ölən yeniyetmə də futbolçu imiş - FOTO

Xəbər verdiyimiz kimi, dünən günorta saatlarında Araz çayının Saatlı rayonundan keçən hissəsində Saatlı rayon sakini 2012-ci il təvəllüdlü Ramazanlı Kənan ...

İlham Əliyev Xocalı səfəri ilə bağlı PAYLAŞIM ETDİ – VİDEO

Prezident İlham Əliyevin sosial şəbəkələrdəki rəsmi səhifələrində Xocalının Xanyurdu kəndində sakinlərlə görüşündən görüntülər paylaşılıb.   Sfera.az...

Avropa İttifaqının sanksiya qoyduğu Azərbaycan vətəndaşı kimdir?

Avropa İttifaqı Azərbaycan vətəndaşı 1958-ci il təvəllüdlü Əhməd Kərimova sanksiya tətbiq edib.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, o, Bi...

Rusiya Ukraynaya dron və raketlərlə hücum edib

Rusiya Ukraynaya ötən gecəki hücumda 300-dən çox dron və 30-dan çox raketdən istifadə edib.   Sfera.az xəbər verir ki, bunula bağlı Ukrayna prezident...

Azərbaycandakı şirkət Avropa İttifaqının sanksiyasına məruz qalıb

Avropa İttifaqının Rusiyaya qarşı 18-ci sanksiyalar paketi qüvvəyə minib.   Sfera.az bu barədə Avropa İttifaqının rəsmi jurnalına istinadən xəbər ve...