“Ziya Məmmədov elə bir yara qoyub gedib ki...” – Bakı-Sumqayıt yolundakı tıxacın ƏSL SƏBƏBLƏRİ

“Ziya Məmmədov elə bir yara qoyub gedib ki...” – Bakı-Sumqayıt yolundakı tıxacın ƏSL SƏBƏBLƏRİ

Bakı-Sumqayıt yolundakı tıxaclar hər zaman müzakirə mövzusu olub. Xüsusilə də yağışlı və qarlı havalarda bu yolda hərəkət iflic olur.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, Bakı-Sumqayıt yolunda sıxlığın yaranmasının iki səbəbi var. Müsahibimiz səhər saatlarında Bakı, axşam saatlarında isə Sumqayıt istiqamətində tıxacların olduğunu xatırladıb:

 

“Səbəb isə odur ki, Sumqayıtda yaşayanların yarıdan çoxu paytaxtda işləyir və nəticədə, səhər saatlarında təxminən 200 mindən çox maşın həmin istiqamətdən şəhərə daxil olur. Lakin həmin yolun tutumu buna hesablanmayıb. Keçmiş nəqliyyat naziri Ziya Məmmədov və onun komandası bərbad bir nəqliyyat siyasəti yürütdü və hazırda yaşadığımız problemlərin bir çoxunda bunun mənfi rolu var”.

 

Ekspert qeyd edib ki, Xırdalan dairəsində körpü variantı tətbiq edilmədiyinə görə sürücülər həmin ərazidə tıxaca düşürlər:

 

“Yolun ötürücülük qabiliyyəti dairədə hərəkət edən nəqliyyat vasitələrinə münasibətdə güclü deyil.  “Şamaxinka” adlanan ərazidə, eyni zamanda tunelin girişində də vəziyyət eynidir. Vaxtilə “20 yanvar” dairəsini şaxələndirmək lazım idi, amma etmədilər. Oradakı körpü əslində şaxələnməli idi – yəni, məsələn, o körpüyə qalxıb “Şərifzadə” və ya “Zərdabi küçəsi”nə, “Qələbə dairəsi” istiqamətinə, sola “Ziya Bünyadov prospekti”nə gedə bilərdiniz , və ya geriyə dönüb tunelə qayıtmağa imkan yarada bilərdilər. Məcbur deyil ki, hamı gedib “20 yanvar dairəsi”nə girsin, daha sonra Şamaxinkaya qayıtsın, yaxud “Ziya Bünyadov prospekti”nə dönsün, “Şərifzadə küçəsi”nə getsin və.s. Qısası, körpü şaxələnsəydi, problemlər yaşanmazdı. Bakı-Sumqayıt  yolunun əsas problemi “20 yanvar” və Xırdalan dairələridir. Ziya Məmmədov orada bir yara qoyub gedib və bu gün həmin yaranı sağlatmaq çox çətindir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Qızıl kəskin bahalaşdı

Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) qızılın dəyəri 16 iyun 2025-ci il tarixindən etibarən ilk dəfə 1 troya unsiyası üçün 3 450 dolları ötüb. ...

Transgender kişilərin qadın yarışlarında iştirakına qadağa qoyuldu - Trampdan tarixi qərar

ABŞ prezidenti Donald Tramp qadın idmanının ədalətini və təhlükəsizliyini qorumaq məqsədilə mühüm fərman imzalayıb. Sənədə əsasən, biologiyasına görə kişi olan ...

"Ədalət hər dəfə mənə pul verirdi, pis olurdum"

"Əməkdar artist Ədalət Şükürov toyda, hansısa məclisdə, ümumiyyətlə məni harada görürdüsə, pul verirdi. Onunla görüşəndə məni tuturdu və 300 manat əlimə pu...

Bi yerlərdə heç kim yaşamır, amma hamı ziyarət edir - FOTOLAR

Tərk edilmiş yerlər ürpədici, lakin valehedici ola bilər. Bu məkanlar, istər köhnə məktəb, istərsə də tərk edilmiş bir ev və ya gəmi olsun, inanılmaz təcrübələr...

Paşinyandan prokurorluğa şikayət edildi

Zartonk Milli Xristian Partiyası Ermənistan Baş naziri Nikol Paşinyana qarşı prokurorluğa iki ərizə ilə müraciət edib.   Sfera.az xəbər verir ki, bu ...

Suriya üzrə beynəlxalq danışıqlar yenə Bakıda keçiriləcək

Suriya üzrə beynəlxalq danışıqların növbəti raundu Bakıda keçiriləcək.   Sfera.az-ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Hadas...