Sel suları Lerikdə 2 avtomobil körpüsünə ziyan vurub
Cəmiyyət
12:25 / 18.09.2023
3643
Yağan güclü yağış nəticəsində yaranan sel suları Lerik rayonu ərazisində 2 avtomobil körpüsünə ziyan vurub.
Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilir ki, 8 metr uzunluğa malik körpülərdən biri Pensər-Toradi avtomobil yolunun 1-ci km-də, Pensər çayı üzərində, digəri 24 metr uzunluğa malik körpü isə Siyəkü-Şəmətük avtomobil yolunun 1-ci km-də, Siyəki çayı üzərində yerləşir.
Hazırda sözügedən istiqamətlərdə hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunması və yol qurğularının bərpası istiqamətində işlər aparılır.