Rusiyada Hökumət Evində maska rejimi tətbiq olundu
00:16 / 17.09.2023
7830
Qrip və koronavirusa yoluxma hallarının mövsümi artımı ilə əlaqədar Rusiya Federasiyasının Hökumət Evində maska rejimi və digər qabaqlayıcı tədbirlər müvəqqəti olaraq tətbiq edilib.
Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat yayılıb.
“Hökumət Evinin ərazisində müvəqqəti olaraq əlavə profilaktik tədbirlər, o cümlədən maska rejimi tətbiq edilir. Qərar kəskin respirator viruslar, qrip və COVID-19-a yoluxma hallarının mövsümi artımı ilə əlaqədar qəbul olunub”, - məlumatda bildirilib.