"Azərbaycanda vaksinasiya prosesini aktivləşdirməyə ehtiyac var"

Dünyanın bir sıra ölkələri, o cümlədən Türkiyədə koronavirusun yeni ştamının aşkar olunması ilə əlaqədar Azərbaycanda vaksinasiya prosesini aktivləşdirməyə ehtiyac var. Vətəndaşlar tərəfindən müraciətlər olmalıdır".

 

Bu fikirləri "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

 

Onun sözlərinə görə, ilk növbədə insanlar özlərini qorumalı, qabaqlayıcı addımlar atmalıdırlar:

 

"Hələlik maska və ya digər məhdudlaşdırıcı rejimə ehtiyac duyulmasa da, istənilən halda biz bu tədbirləri görməliyik".

 

Komitə sədri xatırladıb ki, havaların soyuması ilə əlaqədar bir sıra viruslar, o cümlədən koronavirusun aktivləşməsi müşahidə olunur:

 

"Dünyanın bəzi ölkələrində yoluxma sayında artan tendensiya müşahidə edilir. Bu səbəbdən Türkiyə də daxil olmaqla, yeni ştamın yayıldığı ölkələr məhdudlaşdırıcı tədbirlər kimi sərhədləri bağlaya, həmçinin ölkədaxili karantin qaydalarında sərtləşdirmələr apara bilər".

 

M.Quliyev vurğulayıb ki, Azərbaycanda hələlik yoluxmanın artım tempi müşahidə olunmasa da, Nazirlər Kabineti yanında Operativ Qərargah başda olmaqla, bütün aidiyyəti qurumlar və tibb müəssisələri hazırlıq tədbirləri görür.

 

Qeyd edək ki, Azərbaycanda son 1 həftə ərzində (4-10 sentyabr) koronavirus (COVID-19) infeksiyasına 126 yeni yoluxma faktı aşkarlanıb. COVID-19-a yoluxan 123 nəfər sağalıb. Hazırda ölkədə 132 aktiv xəstə var.


OXŞAR XƏBƏRLƏR

Qızıl kəskin bahalaşdı

Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) qızılın dəyəri 16 iyun 2025-ci il tarixindən etibarən ilk dəfə 1 troya unsiyası üçün 3 450 dolları ötüb. ...

Transgender kişilərin qadın yarışlarında iştirakına qadağa qoyuldu - Trampdan tarixi qərar

ABŞ prezidenti Donald Tramp qadın idmanının ədalətini və təhlükəsizliyini qorumaq məqsədilə mühüm fərman imzalayıb. Sənədə əsasən, biologiyasına görə kişi olan ...

"Ədalət hər dəfə mənə pul verirdi, pis olurdum"

"Əməkdar artist Ədalət Şükürov toyda, hansısa məclisdə, ümumiyyətlə məni harada görürdüsə, pul verirdi. Onunla görüşəndə məni tuturdu və 300 manat əlimə pu...

Bi yerlərdə heç kim yaşamır, amma hamı ziyarət edir - FOTOLAR

Tərk edilmiş yerlər ürpədici, lakin valehedici ola bilər. Bu məkanlar, istər köhnə məktəb, istərsə də tərk edilmiş bir ev və ya gəmi olsun, inanılmaz təcrübələr...

Paşinyandan prokurorluğa şikayət edildi

Zartonk Milli Xristian Partiyası Ermənistan Baş naziri Nikol Paşinyana qarşı prokurorluğa iki ərizə ilə müraciət edib.   Sfera.az xəbər verir ki, bu ...

Suriya üzrə beynəlxalq danışıqlar yenə Bakıda keçiriləcək

Suriya üzrə beynəlxalq danışıqların növbəti raundu Bakıda keçiriləcək.   Sfera.az-ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Hadas...