Tanınmış alimin kitabı Türkiyədə təqdim olundu - FOTO

Tanınmış alimin kitabı Türkiyədə təqdim olundu - FOTO

Sentyabrın 15-16-da İstanbulun Xalq Konqres Mərkəzində Dünya Türk İş Konseyinin ( DEİK) X Qurultayı keçirilib.

 

Toplantıda çıxış edən Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan qurultayın işinə uğurlar arzulayıb.

 

Mötəbər tədbir çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) təşkilatçılığı ilə “Beş Dövlət Tək Diaspor” devizi ilə iclas da düzənlənib. Dörd min qonağın iştirak etdiyi tədbirdə tanınmış alim və ictimai xadim, Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingiz Abdullayevin Türkiyədə işıq üzü görən “Kardeş ülkeler” (türk dilində) və “Türkiyenin çok kültürlü mühiti” (türk və ingilis dillərində) kitablarının imza günü keçirilib.

 

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə keçirilən imza günündə professor Çingiz Abdullayev tədbir iştirakçıları ilə fikir mübadiləsi aparıb, müəllifi olduğu kitablarla bağlı suallara cavab verib.

 

Ötən ay İstanbulda nəfis şəkildə nəşr edilən hər üç kitab Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunub.

 


OXŞAR XƏBƏRLƏR

Qızıl kəskin bahalaşdı

Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) qızılın dəyəri 16 iyun 2025-ci il tarixindən etibarən ilk dəfə 1 troya unsiyası üçün 3 450 dolları ötüb. ...

Transgender kişilərin qadın yarışlarında iştirakına qadağa qoyuldu - Trampdan tarixi qərar

ABŞ prezidenti Donald Tramp qadın idmanının ədalətini və təhlükəsizliyini qorumaq məqsədilə mühüm fərman imzalayıb. Sənədə əsasən, biologiyasına görə kişi olan ...

"Ədalət hər dəfə mənə pul verirdi, pis olurdum"

"Əməkdar artist Ədalət Şükürov toyda, hansısa məclisdə, ümumiyyətlə məni harada görürdüsə, pul verirdi. Onunla görüşəndə məni tuturdu və 300 manat əlimə pu...

Bi yerlərdə heç kim yaşamır, amma hamı ziyarət edir - FOTOLAR

Tərk edilmiş yerlər ürpədici, lakin valehedici ola bilər. Bu məkanlar, istər köhnə məktəb, istərsə də tərk edilmiş bir ev və ya gəmi olsun, inanılmaz təcrübələr...

Paşinyandan prokurorluğa şikayət edildi

Zartonk Milli Xristian Partiyası Ermənistan Baş naziri Nikol Paşinyana qarşı prokurorluğa iki ərizə ilə müraciət edib.   Sfera.az xəbər verir ki, bu ...

Suriya üzrə beynəlxalq danışıqlar yenə Bakıda keçiriləcək

Suriya üzrə beynəlxalq danışıqların növbəti raundu Bakıda keçiriləcək.   Sfera.az-ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Hadas...