Fövqəladə hallarla bağlı maarifləndirmə tədbirləri keçirildi - FOTO

Fövqəladə hallarla bağlı maarifləndirmə tədbirləri keçirildi - FOTO

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

 

Nazirlikdən Sfera.az-a verilən məlumata görə, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən 200 saylı tam orta məktəbdə və 158 saylı körpələr evi-uşaq bağçasında, Sumqayıt Regional Mərkəzi tərəfindən Müdafiə Nazirliyinin Hərbi Polis Bölməsində, Gəncə Regional Mərkəzi tərəfindən Ağstafa Rayon Mərkəzi Xəstəxanasında və Ağstafa Rayon Statistika İdarəsində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Şamaxı rayon Suvarma Sistemləri İdarəsində və Şamaxı rayon Qaz İstismarı İdarəsində, Aran Regional Mərkəzi tərəfindən Goranboy rayon Qarqucaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində, Şimal Regional Mərkəzi tərəfindən Xaçmaz Rayon Mərkəzi Xəstəxanası PHŞ-də və Muğan Regional Mərkəzi tərəfindən Şirvan - Salyan Regional Təhsil İdarəsində maarifləndirmə tədbirləri keçirilib.

 

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

 

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

 

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR

Qızıl kəskin bahalaşdı

Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) qızılın dəyəri 16 iyun 2025-ci il tarixindən etibarən ilk dəfə 1 troya unsiyası üçün 3 450 dolları ötüb. ...

Transgender kişilərin qadın yarışlarında iştirakına qadağa qoyuldu - Trampdan tarixi qərar

ABŞ prezidenti Donald Tramp qadın idmanının ədalətini və təhlükəsizliyini qorumaq məqsədilə mühüm fərman imzalayıb. Sənədə əsasən, biologiyasına görə kişi olan ...

"Ədalət hər dəfə mənə pul verirdi, pis olurdum"

"Əməkdar artist Ədalət Şükürov toyda, hansısa məclisdə, ümumiyyətlə məni harada görürdüsə, pul verirdi. Onunla görüşəndə məni tuturdu və 300 manat əlimə pu...

Bi yerlərdə heç kim yaşamır, amma hamı ziyarət edir - FOTOLAR

Tərk edilmiş yerlər ürpədici, lakin valehedici ola bilər. Bu məkanlar, istər köhnə məktəb, istərsə də tərk edilmiş bir ev və ya gəmi olsun, inanılmaz təcrübələr...

Paşinyandan prokurorluğa şikayət edildi

Zartonk Milli Xristian Partiyası Ermənistan Baş naziri Nikol Paşinyana qarşı prokurorluğa iki ərizə ilə müraciət edib.   Sfera.az xəbər verir ki, bu ...

Suriya üzrə beynəlxalq danışıqlar yenə Bakıda keçiriləcək

Suriya üzrə beynəlxalq danışıqların növbəti raundu Bakıda keçiriləcək.   Sfera.az-ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Hadas...