Sabunçuda avtomobil yeniyetmə oğlanı vurub
Cəmiyyət
12:13 / 16.09.2023
5557
Bakının Sabunçu rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az-ın məlumatına görə, avtomobil yolu keçən 2010-cu il təvəllüdlü Cabbarov Ənvər Sərvər oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.