Analoq yayım dayandırıldı - Rəqəmli yayıma keçid üçün nə edək? - VİDEO

Analoq yayım dayandırıldı - Rəqəmli yayıma keçid üçün nə edək? - VİDEO

Bu gündən etibarən Bakı şəhəri və Abşeron yarımadasında analoq televiziya yayımı dayandırılıb, rəqəmli televiziya yayımına keçilib.

Milli Televiziya və Radio Şurasından verilən məlumata görə, müasir televizorlar, o cümlədən 2010-cu ildən etibarən istehsal olunan bütün televizorlar rəqəmli yayımlanan siqnalları heç bir əlavə qurğu olmadan qəbul edir.

Qiyməti 25-30 manat arasında dəyişən dekoderlərin quraşdırılması çox sadədir. Lakin vətəndaşlar dekoder alarkən bəzi məqamlara mütləq diqqət yetirməlidir. 

Plazma və LCD televizorlardan başqa çanaq antena, kabel televiziyası və ATV+ istifadəçiləri də rəqəmli yayımlanan televiziyalara heç bir əlavə qurğu olmadan baxa bilərlər. 

Daha ətraflı videodan izləyin:


OXŞAR XƏBƏRLƏR