Bakıda avtotəmir sexindən OĞURLUQ
Cəmiyyət
10:55 / 16.09.2023
4702
Bakıda avtotəmir sexindən oğurluq edən şəxs saxlanılıb.
Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 15-də rayon ərazisindəki avtotəmir sexlərinin birindən soyğunçuluq yolu ilə 300 manat dəyərində avtomobil ehtiyat hissəsi talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zamin Quliyev saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.